Opera Teatrının yaranması tarixi

Opera Teatrının yaranması tarixi


1910-cu ilin sonlarında Bakıya Rusiyadan Məşhur bir opera müğənnisi qastrola gəlir.Müğənninin şərəfinə verilən ziyafətlərdən birində Bakı milyonçusu
Mayılov sənətçi qadından bir də bu şəhərə nə vaxt gələcəyini soruşur.Aktrisa "heç vaxt" deyə cavab verir.Milyonçu bu cavabın səbəbi ilə maraqlandıqda müğənni qadın deyir:"Belə böyük şəhərdə oxumağa opera binası yoxdursa,gəlməyimin nə mənası var?Bu sözlər bakılı milyonçuya bərk təsir edir və elə oradaca qadına söz verir ki,cəmi bir il ərzində opera teatrı üçün gözəl bina tikdirəcək.
Gələcək teatr binası üçün Qubernski-Torqovı(indiki Nizami) küçəsində yer alınır və tikinti başlayır.Bu cürə təşəbbüsləri həmişə alqışlayan Hacı Zeynalabdin Tağıyev bildirir ki,belə bir binanı bir ilə tikmək qeyri-mümkündür.Mərc gəlirlər ki,əgər opera teatrı vaxtında hazır olsa onun bütün xərclərini Hacı özü çəkəcək.
Beləliklə cəmi on ay ərzində -1910-1911ci illərdə memar N.Q.Bayevin layihələşdirdiyi teatr binası hazır olur.Ölkəmizdə ən böyük musiqili teatrı olan Azərbaycan Opera və Balet Teatrı 1920-ci ildən bu günədək bu yaraşıqlı binada fəaliyyət gösərir.1928-ci ildə teatra M.F.Axundovun adı verilmişdir.Bu sənət məbədi 1959-cu ildən Akademik Opera və Balet teatrı adlanır.

Müəllif

VETEN

Oxunub

602

Tarix

4-12-2013, 13:34

Bölmə

Azərbaycan

Rəylər

1

Hörmətli oxucu əziyyətimizə hörmət olaraq rəyinizi yazın buna tənbəllik etməyin!!!

 

0 Bəyənmədim

 
 

nurly | 5 dekabr 2013 17:55

duzun desem bilmirdim bu haqda oxuyub oyrendim,cox sag ollll

Cavab yaz

Rəylərinizi bildirin

Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Şəkil Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler

Oxşar xəbərlər: