» » İmamın (ə) nökəri olmaq istəyən varlı insanın hekayəti

İmamın (ə) nökəri olmaq istəyən varlı insanın hekayəti

İmamın (ə) nökəri olmaq istəyən varlı insanın hekayəti


İmam Sadiqin (ə) bir nökəri var idi ki, İmam (ə) məscidə gedən zaman o Həzrətlə (ə) birlikdə olardı. İmam (ə) məsciddən çıxana qədər qatırını saxlayardı. Bu əyyamda Xorasanın Əhli-beyt (ə) davamçıları Mədinəyə ziyarətə gəlirlər. Onlardan biri nökərin yanına gəlir və deyir: "Mənim çoxlu malım vardır və sənin yerinə İmamın (ə) nökərliyini etməyə hazıram. Sən də həmin malın sahibi olarsan. İmamın (ə) yanına get və ondan xahiş et ki, mənim nökərliyimi qəbul etsin. Sonra da Xorasana get və mənim bütün malımı hesabına keçirt".

Nökər İmamın (ə) yanına gəlir və deyir: "Qurban olum, bilirsən ki, mən müxlis xidmətçilərinizdənəm. Uzun illərdir ki, bu xidmətdəyəm. Əgər mənə xeyir və bərəkət gəlsə, siz onun qarşısını alarsınızmı?". İmam (ə) buyurur: "Əgər həmin xeyir mənim yanımda olsa, sənə verərəm, əgər başqası sənə versə - heç bir zaman qarşısını almaram". Nökər xorasanlı varlının əhvalatını İmama (ə) danışır.
İmam (ə) buyurur: "Əgər sən meylsiz olmusansa, maneəsi yoxdur. Onu sənin yerinə qəbul edirəm və səni azad edirəm". Həmin nökər xudafizləşmək üçün İmamın (ə) yanına gəlir və sağollaşıb hərəkət etmək istəyir. Bir neçə addım atmamış İmam (ə) onu çağırır və ona buyurur: "Bizim yanımızda etdiyin uzun xidmətə görə istəyirəm ki, sənə bir nəsihət verim. Bu nəsihət budur ki, Qiyamət günü olan zaman Allahın Rəsulu (ə) Allahın nuruna yapışar, İmam Əli (ə) Rəsula (s) yapışar və biz İmamlar İmam Əliyə (ə) yapışarıq. Bizim davamçılarımız da bizə yapışar. O yerə ki, biz daxil olarıq, onlar da daxil olarlar". Nökər bu nəsihəti eşidən zaman peşman olur və deyir: "Mən öz xidmətimdə qalıram və axirəti dünyaya satmıram".
Sonra həmin xorasanlı kişinin yanına gedir və deyir ki, peşman olmuşdur. Xorasanlı kişi ona deyir: "Üzündən göründüyü kimi, yerdəyişməyə hazırlığın yoxdur".
Nökər İmamın (ə) nəsihətini ona danışır və deyir: "Bu nəsihət məni dəyişdirdi və öz qərarımdan geri döndüm". Nökər xorasanlı kişini İmamın (ə) yanına gətirir və İmam (ə) bu kişinin sevgisini təqdir edir və onun dostluğunu qəbul edir. Sonra əmr edir ki, nökərə min dinar versinlər.