» » Otağın əvvəlki sahibi!

Otağın əvvəlki sahibi!

Otağın əvvəlki sahibi!


Aprel ayı idi. Amerikanın uzaq bir qəsəbəsinin uzaq bir otelində otaq tutmuşdum.
Otağa girəndə pəncərənin kömür anbarına açıldığını gördüm. Deməli, hər gün pəncərəni açacaq və hər dəfə kömür anbarını görəcəkdim. Bunları düşünürdüm ki, birdən gözümə pəncərənin yanındakı masa dəydi. Masanın üzərində bir vaza, vazanın içərisində isə bir dəstə qızılgül var idi. Yanında isə üzərində nə isə yazılmış bir kağız qoyulmuşdu.


Kağızda bu sözlər yazılmışdı: "Ora baxmaq əvəzinə, bura bax! İmza: Otağın əvvəlki sahibi!.." Birdən sanki qaranlıq bir yerdən çıxıb işıqlı bir yerə düşdüm. O qədər xoşbəxt idim ki, hətta o bir həftənin belə necə keçdiyini bilmədim. Həftənin axırında isə qızılgüllərin əvəzinə bir dəstə qərənfil qoyub otaqdan çıxdım. İndi hər dəfə bu hadisəni xatırlayır və "otağın əvvəlki sahibinin" mənim kimi neçə nəfərin "həyatını xilas etdiyini" düşünürəm...


Otağın əvvəlki sahibi!