» » Nişan günü şəhid olan polislər – ÜRƏK SIZLADAN HEKAYƏ

Nişan günü şəhid olan polislər – ÜRƏK SIZLADAN HEKAYƏ

Nişan günü şəhid olan polislər – ÜRƏK SIZLADAN HEKAYƏ

Türkiyədə iyulun 15-də dövlət çevrilişinə cəhd zamanı həyatını itirən iki polis məmuru ilə bağlı qan donduran hekayə ortaya çıxıb.

Çevriliş cəhdinə qarşı çıxan və xalqın iradəsi ilə seçilən hakimiyyəti müdafiə edən polis əməkdaşları Halit Gürsel və Səhər Yaşarın həmin gecə nişan mərasimi keçirilməli imiş.

Ordudakı Gülən şəbəkəsinin çevriliş cəhdi zamanı Diyarbəkirdən havaya qalxan döyüş təyyarələri Ankara Çölbaşı Hərəkat Dairə Başqanlığını bombalayıb.

Bu xain hücum zamanı 42 polis əməkdaşı şəhid olub.

Xəbərə görə, şəhidlər arasında əslən Diyarbəkirdən olan polis zabiti Halit Gürsel və komissar vəzifəsində çalışan sevgilisi Səhər Yaşar da olub. Xainlərə qarşı çiyin-çiyinə mübarizə aparan gənc cütlük öz aralarında əhd-peyman bağlayıb və nişan mərasimi planlayıblarmış.

Halit Gürselin Diyarbəkirdə yaşayan valideynləri nişan mərasimində iştirak etmək məqsədilə iyulun 15-də Ankaraya gəlib. Əgər çevriliş cəhdi olmasaydı, şəhid olan cütlüyün həmin gecə nişan mərasimi olacaqdı.
Məlumata görə, şəhid olan cütlükdən Halit Gürsel Diyarbəkirdə, komissar Səhər Yaşar isə Ankarada dəfn edilib.

Acı xəbəri eşidən Halit Gürselin atası Ömər Gürsel bəyan edib ki, övladları nişan üzüyünü barmaqlarına taxmadan şəhid olublar: "Kaş o axşam nişan üzüklərini bir-birinin barmağına taxardılar".

Polis zabitinin anası Əminə Gürsel isə oğlunu çətin şərtlər altında böyütdüyünü bildirərək ah-nalə çəkib: "Oğlumu çox çətin şərtlər altında böyütdüm. Məktəbə gedərkən ayaqqabı belə ala bilmədim. Bütün çətinliklərə sinə gələrək oğlum bu yerlərə qədər gəlib çatdı. Oğlumu öldürənlərin cəzalandırılmasını istəyirəm".(teleqraf.com)