İslam dini haqda maraqlı məlumatlar.

İslam dini haqda maraqlı məlumatlar.


Qiyamət günü zəlzələ zamanı dağılmayacaq yeganə məkan məsciddir. Allah tərəfindən peyğəmbərlərə 104 kitab nazil olmuşdur. 50 səhifə Şeysə (ə), 30 səhifə İdrisə (ə), 20 səhifə İbrahim peyğəmbərə (ə), Davuda (ə) Zəbur, Musaya (ə) Tövrat, İsaya (ə) İncil, Məhəmmədə (s) Quran nazil olmuşdur. Cənnətin qapıçısının adı Rizvandır. Cəhənnəmin qapıçısının adı Malikdir. Cənnətin səkkiz qapısı var. Cəhənnəmin yeddi qapısı və yeddi təbəqəsi var. Şeytan dörd dəfə - ona lənət olunan, yer üzərinə atılan, Məhəmməd peyğəmbərliyə (s) seçilən və "Fatihə" surəsi nazil olan gün fəryad etmişdir. Adəm və Həvva fəqət səkkiz saat cənnətdə olmuşlar. Allahın adının min dəfə zikr olunduğu dua, "Cövşən-Kəbir" duasıdır. Yerin və göyün yaradılması altı gün çəkdi. Hər bir gün isə əlli min ilə bərabər idi. Mömin kişilər 33 yaşlı cənnətə daxil olacaqlar. Mömin xanımlar 16 yaşlı cənnətə daxil olacaqlar. Qırx il Quran ayələri ilə söhbət edən xanım, həzrət Fatimənin (s) kənizi Fizzə idi. Namazı ilk vaxtda qılan şəxslərə Əzrayıl (ə) özü "La ilahə illəllah"ı təlqin edəcək və şeytanı onlardan uzaqlaşdıracaqdır. Min aydan üstün olan gecə "Qədr" gecəsidir. Məhəmməd peyğəmbərin (s) buyurduğuna görə: "Cənnət dörd nəfərin intizarındadır"; onlar həzrət Əli (ə), Əbuzər Qifari, Salman Farsi və Miqdaddır. Əməlləri əməl dəftərinə qeyd edən iki mələk "Ətid" və "Rəqib" adlanır. Namazın ən üstün hissəsi, uzun- uzadı qünut tutmaqdır. Əzrayıl (ə) gündə beş dəfə insanların üzünə baxır. Qiyamətin bir günü əlli min ilə bərabərdir. Həzrət Əlinin (ə) atasının adı İmrandır. Yer üzündə həzrət Məhəmmədə (s) bağışlanılan xəzinə "Ayət əl- kürsi"dir. ("Bəqərə", 255-257) İnsana verilən ən üstün nemət ağıldır. "Aşura" ziyarətnaməsi İmam Baqirdən (ə) nəql olunmuşdur.
Share

Oxşar xəbərlər

0 Rəylərin sayı:.

Rəy əlavə et

*
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Şəkil Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler

Şəxsi mesajlar

Sizin yazışmalar