» » 52 yaşlı Sertab Erener ana olacaq

52 yaşlı Sertab Erener ana olacaq

52 yaşlı Sertab Erener ana olacaq
52 yaşlı Sertab Erener ana olacaq Musiqiçi Demir Demirkanla 18 illik birgə yaşayandan sonra ayrılan müğənni Sertab Erener ana olacaq.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, digər musiqiçi Emre Kula ilə evlənən Erener övladlığa uşaq götürməyə hazırlaşır. Daha əvvəl də bunun üçün müraciət edən ifaçı məqsədinə çata bilməmişdi. İndi isə evli olduğu üçün sənədləşdirmə işlərinin daha sürətlə edilə biləcəyini öyrənən 52 yaşlı Sertab kimsəsiz bir türk uşağına analıq etmək istəyir.

S.Erener bir müddət əvvəl övladlığa götürmək mövzusunda belə danışmışdı:

"30-35 yaşlarında hormonal olaraq "mən də dünyaya uşaq gətirim" istəyi çox olur. Amma 35-dən sonra içindəki bu səs getdikcə yox olmağa başlayır. Bütün uşaqlar bizimdir, mütləq də özümüz dünyaya gətirmək məcburiyyətində deyilik".