» » Ana bətnindəki körpə böyrəyindən əməliyyat olundu – FOTO

Ana bətnindəki körpə böyrəyindən əməliyyat olundu – FOTO

Ana bətnindəki körpə böyrəyindən əməliyyat olundu – FOTO

“Körpənin evə buraxılması üçün hazırlıqlar görülür”.

Azərbaycanda körpə ana bətnində əməliyyat olunub.

Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətindən ucarliyiq.biz-a verilən məlumata görə, 26 həftəlik hamilə qadın ötən il oktyabrın 14-də hamiləliyini sonlandırmaq üçün universitetin Tədris Cərrahiyyə Klinikasının mama-ginekologiya şöbəsinə müraciət edib.

Ultrasəs müayinəsi zamanı dölün sol böyrəyində inkişaf edən iri ölçülü kista aşkarlanıb. Kista, getdikcə böyüyərək bütün qarın boşluğunu tamamilə tutub. Uşaq ana bətnində böyrəyindən əməliyyat olunub, dünyaya gəldikdən sonra isə sidik kisəsi üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Pasiyenti müayinə edəm şöbə müdiri Turab Canbaxışov bildirib ki, hamilə qadın klinikaya müraciət edən zaman döldə sol böyrək kistasının ölçüsü 88,7 mm-ə çatıbmış: “Dölün öz bədən uzunluğu 221 mm idi. Dölün sol böyrək kistası həm qarın boşluğundakı orqanları, həm də döş qəfəsindəki ağciyər və ürəyi sıxışdıraraq, ürək fəaliyyətini zəiflətmişdi. Ultrasəs müayinəsində dölün ana bətnində ürək çatışmazlıqdan dərialtı ödem izlənilirdi və ağ ciyərlərin, ürəyin ətrafında maye yığılmağa başlamışdı.

Təcili müdaxilə etməsəydik, uşaq tələf ola bilərdi. Bu səbəbdən, dölün sol böyrək kistasına təcili müdaxilə edərək, tək bir seansla təxminən 235 ml sidik (maye) çəkildi. Kistanın ölçüsü 90 mm-dən 21,8 mm-ə qədər kiçilmişdi və artıq dölün həyatı üçün təhlükə törətmirdi. Ürək, ağciyərlər və qarın boşluğundakı orqanların fəaliyyətləri bərpa olmuşdu. Hamilə xanım hər iki həftədən bir müayinələrə gəlirdi, kistanın ölçüsü qeyd olunurdu və kistanın həcmi böyümədiyi üçün müdaxiləyə ehtiyac olmadı”.
 
Məlumata görə, hamiləliyin 40-cı həftəsində mama-ginekologiya kafedrasının dosenti Şölə İsmayılova qeysəriyyə əməliyyatı aparıb və döl sağlam şəkildə dünyaya gəlib. Əməliyyat fəsadsız keçib, lakin sol böyrək kistası hələ döl 26 həftəsindəykən çox böyük ölçülərə çatdığı üçün göbək dəliyinin tam sağalmamasına səbəb olub.

Ana bətnində müdaxilə edilməsinə baxmayaraq, sidik kisəsi ilə göbək dəliyinin arasında olan axacaq tam qapanmayıb. Uşaq müştərək qüsurla - perforasiya olunmuş  embrional göbək dəliyi ilə və sidik kisəsi ilə göbək dəliyi arası fistulası ilə doğulub.
 
Neonatologiya şöbəsinin müdiri Səadət Yaqubova bildirib ki, belə uşaqlarda infeksiyalaşma riski çox yüksəkdir: 

“Bu riski nəzərə alaraq, uşaq cərrahiyyəsi şöbəsinin müdiri tibb üzrə fəlsəfə doktoru  Ramiz Poluxovla konsilium aparılaraq təcili əməliyyata qərar verildi. Uşaq neonatoloji reanimasiyada əməliyyata hazırlandı və əməliyyata götürüldü.

Əməliyyatda həm embrional yırtıq ləğv olundu, həm də sidik kisəsi ilə göbək dəliyi arasında olan həddindən artıq geniş fistula ayrılaraq tikildi. 

Əməliyyat uğurla başa çatdı. Əməliyyatda iştirak edən böyük briqadanın operativliyi və professionallığı nəticəsində bütün risklərin qarşısı alındı və hər bir lazımi neonatoji tədbirlər görüldü. Hazrda körpənin vəziyyəti yaxşıdır, həkim neonatoloqların nəzarəti altındadır və evə buraxılması üçün hazırlıqlar görülür”.

Ana bətnindəki körpə böyrəyindən əməliyyat olundu – FOTO

Ana bətnindəki körpə böyrəyindən əməliyyat olundu – FOTO

Ana bətnindəki körpə böyrəyindən əməliyyat olundu – FOTO