» » Hakan Şükür Ərdoğana görə həbs oluna bilər

Hakan Şükür Ərdoğana görə həbs oluna bilər

Hakan Şükür Ərdoğana görə həbs oluna bilər

Futbolçu prezidenti təhqir edib.

Türkiyənin futbol üzrə yığmasının sabiq hücumçusu Hakan Şükür dörd il müddətinə azadlıqdan məhrum edilə bilər.   

ucarliyiq.biz “Hurriyet”ə istinadən xəbər verir ki, səbəb Türkiyənin prezidenti Tayyib Ərdoğanı sosial şəbəkədə təhqir etməsidir.

İstanbul prokurorluğu 44 yaşlı Hakana “Twitter” səhifəsində Ərdoğan haqqında xoşagəlməz ifadələr işlətdiyinə görə ittiham irəli sürüb.

Sabiq futbolçunun Türkiyə prezidentini necə təhqir etdiyi, eləcə də istintaqın hansı mərhələdə olduğu barədə məlumat verilmir. Futbolçu karyerası ərzində İtaliyanın “İnter” və “Parma” komandaları, Türkiyənin “Qalatasaray” və İngiltərənin “Blekbern Rovers” komandaların da oynayıb.

Türkiyə yığmasının hücumçusu 112 matç oynayıb. Onun hesabında 51 qol var, milli komandanın tarixində ən yaxşı bombardmançıdır. H.Şükür 2002-ci il dünya çempionatının bürünc mükafatçısıdır.