» » İmişlidə ana ölümü

İmişlidə ana ölümü

İmişlidə ana ölümü

Əhmədovanın həyatını xilas etmək mümkün olmayıb.

İmişli rayonunda ana doğuşdan sonra ölüb.

ucarliyiq.biz xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli rayonunda məskunlaşan məcburi köçkün, 1982-ci il təvəllüdlü Əhmədova Pərigül Nuru qızı evdə uşaq dünyaya gətirmək istəyib.

Uşağı ölü doğulmuş anada daha sonra  qanaxma başlayıb. O, İmişli rayon xəstəxanasının doğum evi şöbəsində aqonal vəziyyətdə çatdırılıb.

Lakin onun həyatını xilas etmək mümkün olmayıb.