» » Bakıda ana və 3 yaşlı oğlu faciəvi şəkildə öldü

Bakıda ana və 3 yaşlı oğlu faciəvi şəkildə öldü

Bakıda ana və 3 yaşlı oğlu faciəvi şəkildə öldü

Meyitlər vanna otağında aşkarlanıb.

Bakıda ailə faciəsi baş verib.

ucarliyiq.biz xəbər verir ki, Nəsimi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə martın 8-də saat 21.00 radələrində qeydə alınıb.

Rayon sakinləri, 1993-cü il təvəllüdlü Leyla Səlimova və onun 3 yaşlı oğlu Sirac Səlimovun yaşadıqları evin vanna otağında meyitləri aşkar edilib.

İlkin ehtimala görə, ana və oğlu dəm qazından boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır.