» » Bürclərin Uygunlugu.

Bürclərin Uygunlugu.

Bürclərin Uygunlugu.


Bürclərin Uygunlugu.



Qoç bürcü


Qoç bürcündən olanlarla ilk tanış olduqda intellektual söhbətlərdən başlasanız yaxşıdır. Söhbətə Qoçun başlaması məqsədə uyğundur. Sizin isə onun monoloquna diqqətlə qulaq asan şəxs rolunda çıxış etməyiniz məsləhətdir. Qoçların söhbət əsnasında ozündən razı tonda çıxış etməsi sizi təəccübləndirməsin. Sadəcə olaraq, Qoçlar həmişə ağıllı, cəld, səmimi görünmək istəyirlər. Uşaq kimi səmimidirlər. Onlarla ünsiyyətə girdikdə bu aydın görünür.
qoç bürcüÖz fikirlərinizi Qoçlara göstərdikcə nəyin düzgün, nəyin səhv olduğunu onlara bildirməyin. Onlar bunu xoşlamırlar. Sadəcə olaraq "bəlkə belə olsa yaxşıdır" - söyləməniz ən yaxşı variantdır. Qoçlara ən çox "Nə edim?" - sualı ilə müraciət etsəniz, bu onların xoşuna gələ bilər. Məsləhət vermək, öyrətmək Qoçların ən çox sevdiyi məşğuliyyətdir.
Qoçlara tez-tez kompliment söyləməyi, onları tərifləməyi yaddan çıxarmayın. Tərifləmə əsasən xarici görünüşünə, ağlına, istedadına görə olmalıdır.
Əgər siz Qoçlarla görüş təyin etmisizsə, məbadə bu görüşə gecikəsiz. Bu hər şeyi korlaya bilər. Qoçlar çox vaxt özləri məsuliyyətli olmasalar da, insanlarda bunu qiymətləndirə bilirlər. Özü gecikən zaman gecikmənin səbəbini böyük bir hadisə kimi danışacaq. Bu söhbət əsnasında igidliyindən, ağlından necə məharətlə istifadə edib bu görüşə gəldiyini söyləməkdən çəkinməyəcək. Qoçlarla münasibətdə lider olmaqdan çəkinin. Sadəcə olaraq, hər şeydə onunla razılaşın.
Qoç bürcündə doğulan qadınlar da, kişilər də çox aqressivdirlər. Bunu nəzərə alın. Onları hirsləndirməkdən çəkinin. Ailədə Qoçlar başçı olmağı və hər şeyə özləri nəzarət edib qərar verməyi xoşlayırlar.

Kişi Qoçun başqa bürclərlə uyğunluğu
Qoç - Qoç. Hər biri lider olmaq üçün çalışacaq, bu da bir çox narazılıqlara gətirib çıxaracaq. Söz-söhbətlərin əsasında qısqanclıq, inamsızlıq olsa da, qarşı tərəfdən birinin sakitliyi bu münaqişələrə son qoya bilər. Birinci 7 ildə dözümlü olsalar ailə uğurlu olar.
Qoç - Buğa. Qoç öz hissləri ilə yaşayan və hərəkət edən bürc olduğundan, Buğaların hər şeyi ölçüb-biçib hərəkət etməsi Qoçları əsəbiləşdirəcək. Bu uyğunsuzluq münasibətlərin korlanmasına gətirib çıxaracaq. Qarşılıqlı simpatiya uzun müddətli deyil.
Qoç - Əkizlər. Bu bürclərin uyğunluğu və bir-birini başa düşməsi mümkündür. Hər iki bürcün sahibləri impulsiv, eyniliyi sevməyən, daim yenilik axtaran olduğundan münasibətləri mümkündür. Yaranan ailə uğurlu ola bilər.
Qoç - Xərçəng. Uzun müddətli ailə bu bürc sahiblərinin münasibətində çox vaxt mümkün olmur. Onlar hər bir mənasız, boş şeylərin üstündə dalaşacaqlar. Bir-birini başa düşməməsi bu bürclərin uyğunsuzluğu ilə əlaqədardır.
Qoç - Şir. Temperament baxımından bir-birinə uyğundurlar. Onların dueti mümkündür. Narazılıqlar çox vaxt ailədə kimin lider olması ilə əlaqədardır. Ailə münasibətlərinin ideal olması o vaxt mümkündür ki, Şirlər Qoçların hökmranlığı altına keçsinlər.
Qoç - Qız. Bunların ailə münasibətləri problemlidir. Dostluq münasibətləri də daimi deyil. Bu bürc sahiblərinin ünsiyyəti yalnız işgüzarlıq səviyyəsindədir.
Qoç - Tərəzi. Ünsürlərinin, xarakterlərinin fərqli olmasına baxmayaraq, ünsiyyət mümkündür. Xarakterlərində olan mənfi xüsusiyyətləri gizlədib yox etmək şərtilə yaxın münasibətləri alınır.
Qoç - Əqrəb. Hər iki bürcün sahibləri yüksək fiziki enerjiyə malikdirlər. İşgüzar, səmimidirlər, amma hər ikisinin dözümsüzlüyü ailədə bir çox problemlərin yaranmasına gətirib çıxarır. İlk baxışdan yaranan məhəbbət, sonradan daimi mübahisəyə və anlaşılmazlıqlara gətirib çıxarır.
Qoç - Oxatan. Bir-birinə uyğundurlar. Onlarda ailə, dostluq, işgüzarlıq münasibətləri alınır. Hər ikisində oxşar cəhətlər var. Bir sözlə, hər şey əla olacaq. Yaranan cüzi problemlər həll olunan və müvəqqətidir.
Qoç - Oğlaq. Xarakter baxımından, ünsür baxımından bu bürc sahibləri bir-birindən fərqlənir. Onlar çox nadir hallarda ailə qururlar. Bir-birinin əksi olduqlarından dostluqları da tutmur.
Qoç - Dolça. Əgər bu bürclərin sahibləri ailə qurubsa, problemləri yox deyil. Dolçanın passivliyi, sakitliyi Qoçun dominantlığına əsas verir. Əgər bu ailə sevgi əsasında qurulmayıbsa, münasibətlərin mövcudluğu sual altındadır.
Qoç - Balıqlar. Bu bürc sahiblərinin ailə münasibətlərini uğurlu saymaq olmaz. Bir-birinə simpatiyaları olsa da, ailə münasibətləri üçün uyarlı cütlük deyil. Çünki, Balıqların sakit, təmiz ürəyi Qoçların dözümsüzlükləri ilə uyğun gəlmir. Onlar bir-birini heç vaxt başa düşməyəcəklər.

Buğa bürcü

Buğalar cəmiyyət içərisində parlamağı, seçilməyi xoşlamır, sakit yaşamağı və özünü səbirli aparmağı bacarirlar. Buğalarla ilk görüşü təşkil etmək üçün müəyyən vaxt lazımdır. Kişi Buğalar görüşü təyin etməyə tələsmirlər. Qadın Buğalar tez bir zamanda görüşməyə razılıq vermirlər. Əgər görüş təyin olunubsa, onda siz seçilənlərdənsiniz.
buğa bürcüBuğalar komediya teatrını, gülüş doğuracaq filmləri, televiziya verilişlərini izləməyi xoşlayırlar. Onlar incə və səmimi yumoru duya bilirlər. Buğalar bahalı restoranlara getməyi sevirlər . Dadlı yeməklər və şirin desertlər onların ürəyincədir. İştahaları, maşallah yaxşıdır.
Buğalar gözəl əşyaları sevən və qiymətləndirən şəxslərdir. Əgər siz hər hansı bir əşyanı kolleksiya edirsinizsə, mütləq onu Buğalara göstərin. Bu onların çox xoşuna gələcək. Topladığınız əşyanın qiymətini də söyləməyi unutmayın. Bunu soruşmasa da, onun üçün çox maraqlıdır. Amma dediklərinizdə yalan və şişirtmə olmamaq şərti ilə.
Buğalar yalana nifrət bəsləyir, dərhal onu hiss edirlər. Onlar məhəbbətlərini tez-tez etiraf etməklə sevgilini ərköyünləşdirirlər.
Əgər siz Buğalara hədiyyə etmək istəyirsinizsə, onda gündəlik istifadəyə gərəkli əşyalar alsanız daha yaxşıdır, məsələn saat, üzük, qadın Buğalar üçün alçaqdaban ayaqqabı, başmaqlar və s.
Kişi Buğalara hədiyyə almaq istəsəniz, onların zəif yeri boğaz olduğundan kəşmirdən, ipəkdən olan şərf yerinə düşər. Buğalarla söhbət etdikdə intellektual, çətin mövzulardan başlamayın. Filmlərdən, dəbdə olan musiqidən söhbət açsanız, söhbət daha səmimi alınar.


Kişi Buğanın başqa bürclərlə uyğunluğu
Buğa - Qoç. İki bir-birindən ayrı, fərqlənən şəxslərdir. Buğalar onları tələsdirməyi sevmirlər. Qoçlar əksinə, impulsiv hərəkət etməyə meyllidirlər. Bunlar arasında bəzən isti ünsiyyətlər yarana bilər. Ailə münasibətlərində isə bir çox problemlərlə üzləşəcəklər.
Buğa - Buğa. Emosional uyğunluqları vardır. Qadın Buğa sevgidə sentimentaldır. Kişi Buğalar bəzən laqeyddirlər. Münasibətləri xoş ola bilər, amma ailədə dözüm, səbir üstünlük təşkil etməsə, çətin ki, bu uzun müddətli olsun.
Buğa - Əkizlər. Dəyişkən xarakterə malik Əkizlər dəqiq Buğaların tamamilə əksidirlər. Bir çox xüsusiyyətləri onları bir-birinə bağlasa da, ailə üçün bu kifayət etmir. Ailənin uzun müddətli olmasından ötrü qarşı tərəfdən dözümlük və iradə tələb olunur.
Buğa - Xərçəng. Hər ikisi hisslərə qapanandır. Romantik xüsusiyyətləri də vardır. Evdə olmağı çox sevirlər. Hər ikisi sadiqliyi qiymətləndirir. Ailə münasibətləri çox uğurludur. Bir-birini başa düşəndirlər.
Buğa - Şir. Xarakter baxımından bir-birindən fərqlidirlər. Şir həyatsevər, şən olduğu halda Buğalar hisslərini gizlədə bilən və eqoistdir. Şirləri yola vermək çətin olduğu üçün münasibətlər mürəkkəbləşir. Ailə çox vaxt uğurlu sayılmır.
Buğa - Qız. Uğurlu ailə alınır. Hər iki bürc sahiblərinin düşüncələri, istəkləri üst-üstə düşür. Yaranan problemlərin həllində hər ikisi aktiv iştirak edir. Bu da münasibətlərin daha da istiləşməsinə gətirib çıxardır.
Buğa - Tərəzi. Bu münasibətdə Tərəzilər çox emosionaldirlar. Ailədə Buğa başçı olmağa can atır. Hər iki bürc sahiblərinin maraqları eynidir. Münasibətlər pis deyil, uzun müddətli və daimi ola bilər.
Buğa - Əqrəb. Bu bürc sahiblərinin ünsiyyəti yaxşı sayıla bilər. Bəzi mənfi xüsusiyyətləri yox etməklə, Əqrəblər dözümsüz olsa da, Buğaların səbri münasibətlərin uzun müddətli olmasına imkan verir. Çox vaxt yaranan ailə səadət nümunəsinə çevrilir.
Buğa - Oxatan. Zəka yönümündən bir-birini cəzb etsələr də, ailə-məişət zəminində rabitələri tez qırılır. Məhəbbət bir ildırım parıltısı kimi gurultulu, işıqlı və ani olur. Bir-birinə güzəştə getməmələri ailəni dağıdır.
Buğa - Oğlaq. Əla cütlükdür. Müəyyən yaş həddinə çatandan sonra, bu aydın görünür. Xarakter baxımından bir-birinə çox uyğunluqları vardır. Biri çətinə düşdüyü zaman, digəri onun köməyinə çatır. Hər iki bürcün sakitliyi və səbri harmoniya, ahəngdarlıq yaradır. İşləməyi sevirlər, təmizkardırlar.
Buğa - Dolça. Dolçalar ərköyünlükdən tərslik edir. Bu da narazılıqlara gətirib çıxarır. Çox vaxt Buğalar Dolçalara qarşı çox tələbkar və qısqanc olurlar. Hər ikisi bu münasibətdən çox tez yorulurlar. Bir-birinin başa düşülməməsi ailənin dağılmasına gətirib çıxara bilər. Ehtirasca Buğa Dolça-dan güclüdür, bu da münasibətlərə təsirsiz keçmir.

Buğa - Balıqlar. Bu münasibətdə Buğalar başçı olmalıdır. Balıqlara çox köməyi dəyir. Xarakter baxımından Buğalar Balıqlardan güclüdür. Bir yerdə bu bürc sahibləri xoşbəxt ola bilərlər. Ailədə yaranan bəzi problemlər Balıqların eqoist olmasından irəli gəlir. Balıqlar unutmamalıdırlar ki, Buğalar onlardan çox güclüdür.

Əkizlər bürcü

Ünsiyyətcil insanlar olduğundan onlarla münasibət qurmaq bir o qədər çətin deyil. Diqqətlə sizə qulaq asacaqlar. Maraqlı qeybəti, dedi-qodunu çox sevirlər. Özləri də bununla məşğul olurlar.
Əkizlərin diqqətini çəkmək üçün yüksək fantaziyaya malik olmalısız. Onları ilk görüşdə teatra, rəsm sərgisinə, konsertə dəvət etsəniz, ürəklərincə olar.
Əkizlər bürcüƏkizlərin qohumlarına qarşı yüksək diqqət nümayiş etdirin. Göstərdiyi şəkillərə xüsusi maraq bildirin. Onlar haqqında olan məlumatlara diqqətlə qulaq asin. Əkizlər bunu qiymətləndirirlər.
Əkizlər yeməyə, təmizliyə, bahalı alış-verişə tələbkardırlar.
Onların ürəyinə yol mədədən yox, başdan, ağıldan keçir. Yaddan çıxarmayın ki, ömür boyu Əkizlərlə xoşbəxt yaşamaq üçün intellektual baxımdan maraqlı olmaq lazımdır. Əkizlərlə münasibət qurulmazdan əvvəl söhbət üçün təzə ən maraqlı xəbərləri, elmi və ya siyasi-sosial, məişət xarakterli məlumatları bilmək lazımdır.
Gün rejiminə riayət etməyən, bəzən söz verib unudan insanlardır. Onlar çətin ki, evin təmiri ilə məşğul olsunlar, amma təmirçi ustanı məzəmmət etməyi, göstəriş verməyi xoşlayırlar. Qadın Əkizlər isə hətta evinin pəncərəsini belə silməyi özünə rəva bilmir.
Onları əla aşpaz adlandırmaq olmaz. Yarımfabrikat almağı və ya restoranda yemək sifariş etməyi üstün tuturlar.
Pul qazana bilirlər. İşləri ilə məşğul olduqları zaman çalışın onlara mane olmayasız. Yeniliyi, təzə əşyaları sevdiklərindən, Əkizlər mağazalara getməyi, alış-veriş etməyi xoşlayırlar.
Qonaqpərvərdirlər. Əkizlər yaşayan evə qonaq gələn şəxslər heç vaxt narazı getmirlər. Özləri də qonaq getməyi sevirlər.

Kişi Əkizlərin başqa bürclərlə uyğunluğu
Əkizlər - Qoç. Hər ikisi nikbin, optimistdirlər. Yüksək təşəbbüskarlığa malikdiliər. Qoç idarəedici rolunu oynamağı sevir. Ailə uğurlu sayıla bilər. Bir-birinə hörməti ildən-ilə artacaq. Dostluq münasibətləri də yaxşıdır.
Əkizlər - Buğa. Buğa bürcü qısqanc, dözümsüz, bəzən aqressiv olduğundan, Əkizlərlə yola getməsi çətinləşir. Əkizlər də sərbəstliyi, öz düşündüklərini etməyi sevdiyindən söz-söhbətsiz keçinmirlər. Bu bürclülər real həyatda bir-birinə uyğun gəlmirlər. Uğursuz və qısamüddətli münasibətlər yaranır.
Əkizlər - Əkizlər. Eyni bürcün sahibləri olduqları üçün bir çox maraqları eynidir. Hər ikisi impulsiv, dalaşqandırlar. Daimilik heç birində yoxdur. Tez darıxırlar. Bir-birlərini çox sevsələr də, ailədə hərdən bəzi problemlər yaşana bilər. Xoşbəxt ailə yalnız bir-birinə uyğunlaşma ilə yaranır.
Əkizlər - Xərçəng. Xərçəng bürcü çox emosional, hisslərə qapanan olduğundan bəzən Əkizlərə düşündüklərini söyləməkdə, fikir mübadiləsi yaratmaqda çətinlik çəkir. Əkizlər sevgilərində daimi deyillər, bu da münasibətlərin korlanmasına gətirib çıxaracaq. Ailə uğursuz sayılır.
Əkizlər - Şir. Bu münasibətdə Əkizlər lider olmağa can atır. Şir hər yerdə başçı olduğundan qurulacaq ailədə, yoldaşlıq ünsiyyətlərində də lider odur. Əkizlər güzəştə getdiyindən ailənin uzun müddətli olması mümkündür. Dostluq münasibətlərində də hər şeyin əla olması gözlənilir.
Əkizlər - Qız. Bir-birini sevməyən şəxslərdir. Əkizlər hava, Qızlar torpaq ünsürü olduğundan uyğunsuzluq buradan əmələ gəlir, perspektivdə ancaq tozanaq qoparacaq. Qızlar çox vaxt Əkizləri tənqid edir. Əkizlər bu münasibətə çox dözə bilmir. Qısa müddətli, parlaq münasibətlər tez bir zamanda pozulur.
Əkizlər - Tərəzi. Hər ikisi xoşniyyət, optimistdir. Heç biri qısqanc deyillər. Bir-birini bir sözdən və ya bir baxışdan başa düşürlər. Bu münasibətlər əladır. Ailə çox uğurlu ola bilər.
Əkizlər - Əqrəb. Bir-birinin xoşuna gəlsələr də, bu hələ hər şeyin əla olması demək deyil. Əqrəb çox qısqancdır, Əkizlər isə sabitqədəm deyillər. Bu xüsusiyyətlər də bir çox problemlərin yaranmasına gətirib çıxarır. Ailə çox nadir hallarda uğurlu olur.
Əkizlər - Oxatan. Bir çox xüsusiyyətləri oxşardır. Buna baxmayaraq, ailədə bəzən uğursuzluqlarla üzləşirlər. Ən çox maddi vəziyyətin çətinləşməsi ilə əlaqədar olaraq müəyyən söz-söhbətlər yaranır. Dözüm, səbr olmasa, münasibətlərin davamiyyəti, uyğunluğu bir qədər çətindir.
Əkizlər - Oğlaq. Hər ikisinin münasibəti yalnız dostluq və işgüzarlıq zəminində alına bilər. Uzun müddətli və xoşbəxt ailə haqqında danışmaq bir qədər çətindir.
Əkizlər - Dolça. Bunlar arasında nəinki dostluq, işgüzarlıq, həm də uzun müddətli ailə münasibətləri mümkündür. Bəzən adama elə gəlir ki, bunlar sanki bir-biri üçün yaranmışlar.
Əkizlər - Balıqlar. Ailə münasibətləri çox vaxt uğursuz sayılır. Əsasən bu uğursuzluq ünsürlə əlaqədardır: Əkizlər hava, Balıqlar isə su ünsürlüdür. Bu münasibətdən ən çox Balıqlar əziyyət çəkəcəklər. Balıqların emosionallığı Əkizləri özündən çıxaracaq.

Xərçəng bürcü

Xərçənglə ilk söhbətə başlamaq üçün, öncə ona məsləhət almaq məqsədilə müraciət edin. Xərçəng ürəklə, canbaşla cavab verəcək. Amma nəbadə söhbətə "mən sizi haradasa görmüşəm" - ilə başlayasız. Onların çox gözəl yaddaşları var.
xərçəng bürcüHəmsöhbətiniz qadın Xərçəngdirsə uşaqlar haqqında danışın, onlar uşaqları çox sevirlər. Əgər kişi Xərçəngdirsə, onda siyasət, incəsənət və ümumi tanışlardan söhbət açın.
Xərçənglərlə səmimi söhbət zamanı onun şəxsi problemləri haqqında danışmayın. Bir anlıq onlar sizə bütün problemləri, sirləri haqqında danışa bilər. Çox keçmədən, yeni tanışla bu qədər səmimi danışdığı üçün peşman olacaq. Onun münasibəti dəyişə, o hətta sizdən yan gəzə də bilər. Etibarım qazanmalısız. Bu söhbəti çoxdan unutduğunuzu ona göstərin.
İlk görüşü teatra və ya konsertə təyin edin. Xərçənglər romantik musiqiyə çox həssasdırlar. Əgər Xərçənglərə hədiyyə almaq istəsəniz, onda evdə istifadəyə lazım gələn əşyaları seçsəniz yaxşı olar. Çərçivəli şəkillər, mətbəx ləvazimatları və s.
Xərçənglər kolleksiya toplamağı xoşlayır. Hansı əşyaların çatışmadığım bilib, məhz ondan alsanız, Xərçəngin ürəyincə olar, ona dünyanı bağışlamış olarsız. Marka, kibrit qabı onlar üçün qızıl qədər qiymətlidir. Gümüş-zinət əşyalarım sevirlər. Mücrü də alıb hədiyyə etsəniz, siz onların ürəyini valeh etmiş olarsınız. Kişi Xərçənglər analarına qarşı çox mehriban olduğundan, siz də onlara xüsusi diqqət və ehtiram göstərin. Xərçənglərlə münasibətdə bunu da unutmayın ki, onlar laqeydliyi, diqqətsizliyi sevmirlər.

Kişi Xərçəngin başqa bürclərlə uyğunluğu
Xərçəng - Qoç. İlk görüşdən onlar bir-birini çox sevirlər. Amma müəyyən müddətdən sonra bu bağlılıq soyumağa başlayır. Səbəbi isə bürclərin uyğunsuzluğudur, od ilə su tutmur. Bütün münasibətlər çətindir. Ailə uğursuzdur.
Xərçəng - Buğa. Xərçəng bu münasibətə hissiyyat və sentimentallıq, Buğa isə sabitlik və ehtiyatlıq gətirir. Buğa Xərçəngin dəyişkən əhval-ruhiyyəsini başa düşür və onların həll olunmasına kömək edir. Hər ikisi keçmişə, ənənəyə bağlı konservatordur və ailəyə, evə xüsusi gözəl münasibətləri var. Bir-birilə yaxşı münasibətdədirlər, ailə uğurludur.
Xərçəng - Əkizlər. Əkizlərin narahatlığı və özünə inamsızlığı Xərçənglərlə münasibəti çətinləşdirəcək. Əkizlər əylənməyi sevir, Xərçənglər isə evdə oturmağı üstün tuturlar. Çox emosional münasibətdir. Bir çox problemlərin yaranmasına baxmayaraq, uzun müddətli əlaqələr mümkündür.
Xərçəng - Xərçəng. Bir-birinə çox bənzəyirlər. Bu da onların xoşbəxt olmasına maneədir. Hər ikisinin də çox həssas olması emosional problemlərin yaranmasına gətirib çıxarır. Ailə problemlidir, ona görə də, hər iki tərəfdən bir-birini basa düşmə və güzəşt tələb olunur.
Xərçəng - Şir. Bunlar arasında güclü dostluq və işgüzarlıq əlaqələri yarana bilər. Amma ailə münasibətləri nadir hallarda uğurlu olur, çünki onların dünya görüşü, fikirləri, ünsürləri bir-birindən kəskin fərqlənir.
Xərçəng - Qız. Bu münasibətdə Qız bürcündən olanlar aktivlik üçün müəyyən rol oynayır. Xərçəng daha emosionaldır. Fərqli xüsusiyyətlərin olmasına baxmayaraq, bir-birinə bağlılıqları vardır. Yaxşı münasibətlərdir. Ailə də uğurlu sayıla bilər.
Xərçəng - Tərəzi Xərçəngin dəyişkən xüsusiyyəti Tərəzini əsəbiləşdirir. Xərçəngin tez-tez küsməsi problemləri daha da artırır. Münasibətlər mümkündür, amma ailədə bir çox problemlər sıxa bilər.
Xərçəng - Əqrəb. Əqrəbin Xərçəngi qoruması, onun qeydinə qalması münasibətlərin daha səmimi olmasına imkan verir. Əqrəblər qısqancdırlar, elə bunun üzündən də narazılıqlar yaranır. Ailə uğurludur, bir-birinə uyğundurlar.
Xərçəng - Oxatan. Bir-birinə əks olan bürclərdir. Oxatan sərbəstliyi sevən, Xərçəngin dediyi ilə oturub-durmayandır. Xərçəng dünənlə, Oxatan hazırkı günlə yaşayır. Əlaqələr problemli, ailə uğursuzdur.
Xərçəng - Oğlaq. Oğlaq xərçəngin özünə qarşı olan tələbkarlığına və bağlılığına cavab verə bilmir. Onun başqalarından fərqlənən özünəməxsus fikirləri var. Əlaqələr daimi deyil. Ailə qeyri-sabitdir. Münasibətlərdə problemlər var.
Xərçəng - Dolça. Ailə münasibətləri uğurlu deyil. Xərçəngin söz-söhbəti Dolçanı bezikdirir. Burada hörmət və ya sevgi heç bir rol oynamır. Dostluq və işgüzarlıq əlaqələri tez bir zamanda pozulur. Münasibətləri alınmır.

Xərçəng - Balıqlar. Çətin vaxtda bir-birinə dayaq ola bilirlər. Bu münasibətdə Xərçənglər liderdir, çünki Balıqlar sevgi barədə bir qədər passivdirlər. Ailə uğurludur.


Şir bürcü

Onlar otağa daxil olan kimi bütün yerdə qalan adamlar ikinci plana keçir. Şirlərə diqqət və şöhrət su, hava kimi lazımdır. Onlar tərifi sevirlər. Şirləri bacardıqca çox tərifləyin. Şirləri məclislərdə, yığıncaqlarda diqqət mərkəzinə çəkin. Hamı ona baxmalıdır, hamı onun haqqında danışmalıdır.şir bürcüÖzünüzü ondan asılı kimi göstərin. Qoy o, elə başa düşsün ki, sizin həyatınız, xoşbəxtliyiniz onun əlindədir. Həddini aşmağında bir qorxu yoxdur, qorxmayın. Şirlər bu hərəkətinizdən çox razı qalacaqlar.
Şirlərin çox gözəl yumor zövqü vardır. Ona görə də, söhbətə başlamaq və diqqətini çəkmək üçün onu güldürün. Amma bunu unutmayın ki,Şirlər özündən başqa hər şeyə gülməyi sevir.
Əgər siz qadın Şirə görüş təyin etmisinizsə, onda səxavətli olun. Onunla ictimai nəqliyyatla getməkdənsə yaxşı olar ki, gözəl bir avtomobildə getməyi üstün tutasız.
Şir-qadınlar həmişə özlərini ali cəmiyyətin üzvü sayır, hər şeyi bəyənmir. Əgər ona hədiyyə almaq istəsəniz, bu mütləq parlaq bir hədiyyə olmalıdır. Parlaqlıq rəngdə deyil, Şirlərin hədiyyəyə olan təəssüratındadır.
Əgər sizin dəvətliniz kişi Şirdirsə, onda onu diqqət mərkəzində olması üçün qohum-əqrəba, dostların çox olduğu məclislərə aparın. Çalışın, hamı onun haqqında danışsın, söhbət həmişə onun ətrafında fırlansın. Şirlərlə münaqişə etməyin. Siz haqlı olsanız belə, çox üstünə düşməyin.
Əgər Şirlərlə ailə qurmaq istəsəniz, ona ailəni hər şeydən üstün tutduğunuzu, ailəyə bağlı olduğunuzu göstərin. Onlar həyat yoldaşına qarşı çox tələbkardırlar. Həyat yoldaşı nəinki gözəl insan, həm də bacarıqlı, ağıllı, başa düşən bir şəxs olmalıdır.

Kişi Şirlə başqa bürclərin uyğunluğu
Şir - Qoç. Uyğunluq çoxdur. Bəzən hər ikisinin dominant rol oynaması münasibətləri çətinləşdirir. Ünsürləri eyni olduğundan bir-birini başa düşürlər. Münasibətləri yaxşıdır. Ailə uyğun və uğurludur. Çox vaxt fikirləri üst-üstə düşür.
Şir - Buğa. Romantik münasibət arasıkəsilməyən müharibəyə çevrilə bilər. Hər ikisi tərs və dözümsüzdürlər. Münasibətlərində problemlər var. Əlaqə mümkündür, amma ailədə uzun müddətli münasibətlər olmur. Dostluq əlaqələri də uğursuzdur.
Şir - Əkizlər. Əkizlərə Şirlərin könlünü almaq üçün çox çalışmaq lazımdır. Şirlər onlara qarşı çox tələbkardırlar. Əkizlərin güzəştə getməsi bu münasibətlərin uzunmüddətli olmasına gətirib çıxarır. Ailə uğurludur. Münasibətlər uzunmüddətlidir.
Şir - Xərçəng. Münasibətləri suyun odla əlaqəsi kimidir, su güclüsə odu söndürəcək, od güclüsə suyu qaynadıb buxarlandıracaq. Xərçəngin romantik, sentimental xüsusiyyətləri Şiri yora bilər. Xərçəng Şirdən onun başa düşülməsini istəyir. Şir bunu bilir, amma ailədə dominant özü olmaq istəyir. Əgər bu belə olmasa çətin ki, ailə uzun müddətli alınsın.
Şir - Şir. Şir hər yerdə həmişə ancaq özünü fikirləşir. Bu münasibətlərin problemi iki "mən" olan şəxsin "biz" olmasıdır. Bu çətin olsa da, mümkündür. Hər ikisi romantik, həyatsevər, bir-birinə uyğundurlar. Biri digərinə güzəştə getsə, yaranan ailənin uzun müddətli olacağını söyləmək mümkündür.
Şir - Qız. Şirlərin özündən razı olması səmimi Qızda onlara qarşı mənfi reaksiya yaradır. Qız Şirin onunla əmrlə danışılmasını xoşlamır. Şirlərsə amiranəliyi sevir. Bütün münasibətlər qısa müddətlidir.
Şir - Tərəzi. İlk görüşdən bir-birinə münasibətləri əladır. Bu bürclü şəxslər bir-birinə tez öyrəşirlər. Ailə çox uğurludur. Bu bürcdə doğulan şəxslərin nikahı xoşbəxtlik və mehribanlıq yaradır.
Şir - Əqrəb. Temperament baxımından bir-birinə uyğunsalar da, ailədə xoşbəxt olmaları o qədər də real deyil. Münasibətlər uzun müddətli deyil. Ailədə həmişə problemlər olacaq.
Şir - Oxatan. Ünsürləri eyni olduğundan hər iki bürc sahiblərinin xarakterlərindəki bəzi xüsusiyyətlər eynidir. Bir-birini qiymətləndirə bilirlər. Münasibətlər çox gözəldir. Ailə uğurludur.
Şir - Oğlaq. Bir-birlərindən çox fərqlənirlər. Oğlaqlar Şirlər kimi romantik və sevgi naminə hər şeydən keçən deyillər, həm də Şirlərin özündən razı olması Oğlaqları daim əsəbiləşdirəcək. Münasibətlər mümkündür, amma ailə çətin ki, uğurlu alınsın.
Şir - Dolça. Şir od, Dolça hava ünsürlü olduğundan, münasibətlər problemlisə də, mümkündür. Bəzən bir-birilərini başa düşmürlər. Ailədə hər ikisi başçı olmaq istəyir. Bu da narazılıqlara gətirib çıxarır. Ağıllı Dolça eqoist Şiri yola verə bilmir.
Şir - Balıqlar. Aktiv, həyatsevər Şir, melanxoliyaya uyan Balıqları başa düşmür. İlk görüşdən münasibətlər alınmır. Şirin qüruru bir çox hallarda Balıqlara güzəştə getməyə qoymur. Münasibətlər problemlidir. Ailə uğursuzdur.


Qız bürcü

Bu bürcdə doğulan şəxslər ciddi və ləyaqətlidirlər. Təvazökarlıq onların xarakterinin ən gözəl xüsusiyyətidir. Qızın çox gözəl davranış qaydaları vardır. Onlar özlərini məclislərdə, cəmiyyət qarşısında əsl xanım və ya cənab kimi aparırlar.
qız bürcüQız bürclü şəxslərlə özünüzü səmimi, olduğunuz kimi aparın. Qız yalanı, qeyri-səmimiliyi sevmir. Onların xoşuna gəlmək üçün hisslərlə yox, ağılla hərəkət edin. Onlara göstərin ki, siz praktikliyi, düzgünlüyü həyatda hər şeydən üstün tutursuz.
Onları bahalı restorana dəvət etməyin, çünki Qız artıq pul xərcləməyi sevmir. Əgər keçirdiyiniz məclislər evdədirsə, onda çoxlu adamlar, tanışlar çağırmayın. Hamının gözü qarşısında ona kompliment söyləməyin.
Əgər görüşə çağırdığınız şəxs Qız bürclü qadındırsa, ona qarşı çox diqqətli, nəzakətli olun. Qeyri-adi gözəl davranış qaydaları ilə onun ürəyinə yol tapın.
Söhbəti əsasən ondan məsləhət almaq üçün açın, guya siz hansısa bir məsələyə dair nə qərara gələcəyinizi bilmirsiz. Qız bürclü insanlar məsləhət verməyi sevirlər.
Onlar öz sağlamlığına qarşı çox diqqətlidir. Onunla rasional qida haqqında danışa, idman və sağlamlıq jurnallarından söhbət aça, yeni məqalələr haqqında məlumat verə bilərsiz.
Onlara qarşı diqqətli olun. Təyin etdiyiniz vaxtdan gec olmayaraq görüşə getməyi unutmayın. Görüşə gecikmək yarımçıq adamların işidir.
Qız bürclü şəxs seçdiyi insana hörmətlə yanaşır. Siz də ona qarşı elə olun. Yadda saxlayın ki, Qız bürclü insanlar realistdirlər. Ona görə də, boş yerə vəd verməyin. Qıza ən böyük hədiyyə kitabdır. Oxumağı, mütaliə etməyi sevdiyindən bağışladığınız hər bir kitab onun üçün ən əziz xatirədir.
Kişi Qızın başqa bürclərlə uyğunluğu
Qız - Qoç. İlk görüşdən bir-birinə maraqları arta bilər, amma bunu nəzərə almaq lazımdır ki, Qoçlar çox emosionaldır. Qarşı tərəfin məhz onun dediyi ilə oturub-durmasını istəyir. Yaranan problemlər ailənin uzunmüddətli olmasına maneədir.
Qız - Buğa. Hər ikisinin oxşar xüsusiyyətləri var. Təcrübəli, evdar, istiqanlı, evtikəndirlər. Bir-birinə uyğundurlar. Əgər hər ikisi kompromisə getsələr, bir-birinə güzəşt etsələr, xoşbəxt ailə yarana bilər.
Qız - Əkizlər. Əkizlər sərbəstliyi sevir. Qızın onlar üçün qoyduğu qayda-qanuna çox vaxt riayət etmirlər. Bu da, Qızı özündən çıxara bilər. Qısa müddətli əlaqə mümkündür. Ailə çox vaxt uğursuz olur.
Qız - Xərçəng. Qız Xərçəng üçün hisslərin təhlükəsizliyini təmin edir. Xüsusi diqqət ayırır. Bir-birinə çox uyğun insanlardır. Bütün münasibətlərdə bu uyğunluq görünür. Dostluq və işgüzarlıq münasibətləri əladır. Ailə də uğurludur.
Qız - Şir. Onlar bir-biri ilə çətin ki, tutsunlar. Qız tənqid etməyi sevir, Şir isə bunu xoşlamır. Bir-birini başa düşmürlər. Oxşar cəhətləri olduqca azdır. Maraqları üst-üstə düşmür. Münasibətləri çox vaxt alınmır. Ailə qurmaq heç məsləhət deyil.
Qız - Qız. Hər ikisi eyni bürcün sahibi olduğundan oxşa cəhətləri çoxdur. Bir-biri ilə yaxşı yola gedirlər. Bir-birinə tələbləri böyükdür. Əgər tərəflərdən biri güzəşt addımı atarsa, onda xoşbəxt ailənin yaranması mümkündür.
Qız - Tərəzi. Tərəzi bürcü sevgiyə Qızdan fərqli olaraq çox ciddi yanaşır. Qızın soyuqqanlı olması çox vaxt Tərəzini özündən çıxarır. Tərəzi dözümlülük göstərmir. Bu da münasibətlərin korlanmasına ciddi təsir göstərir. Ailə çox uğursuzdur.
Qız - Əqrəb. Əqrəb bürclü Qız bürclü ilə münasibətdə özünü çox rahat hiss edir. Qız bürclü tez-tez güzəştə getsə ünsiyyətlər daha möhkəm olar.
Qız - Oxatan. Oxatanın münasibətdə qeyri-ciddiliyi Qızı daim narahat edəcək. Oxatanın dözümsüzlüyü, daim başçı rolunda olması, qısqanclığı ünsiyyətlərin də qısa müddətliyinə gətirib çıxarır. Ailə uğurlu sayılmır.
Qız - Oğlaq. Hər ikisi hissiyyata qapanan dözümlü, intellektli, ağıllı insanlardır. Dostluq və işgüzarlıq münasibətlərində Qız daim Oğlağa güzəştə gedir. Ailə münasibətləri çox uğurludur. Arada qarşılıqlı hörmət mövcuddur.
Qız - Dolça. Bir-birini bəyənsələr də bunlar arasında ailə münasibətləri mümkün deyil. Çox vaxt belə ailələrin dağılması müşahidə olunur. Bu bürclü insanların işgüzarlıq münasibətləri də nadir hallarda olur. Dostluq münasibətləri də uğursuzdur.
Qız - Balıqlar. Qız sevginin zəka ilə, intellektlə, ağılla sıx bağlı olduğunu hesab edir. Balıqlar isə əksinə, hissə çox qapanırlar. Buna baxmayaraq, uğurlu ailənin yaranması mümkündür.


Tərəzi bürcü

Tərəzilər yüksək intellektə malikdirlər. Onların diqqətini çəkmək üçün öz müsbət xüsusiyyətlərinizi göstərin. İncəsənətlə bağlı bütün söhbətlərdə aktiv iştirak edirlər. İstər mövzu rəsm sərgisindən, ya da filmdən düşsün, öz fikrinizi mütləq söyləyin. Görəcəksiniz ki, sizin fikriniz onların fikirləri ilə üst-üstə düşür.tərəzi bürcüTərəzi ilə yaxından tanış olmaq üçün ilk görüşünüzdə onu konsertə və ya teatr tamaşasına dəvət etsəniz yaxşı olar. Seçimdə diqqətli olun, Tərəzi klassikanı çox sevir. Ona görə də, seçdiyiniz sənət əsəri mütləq bu stildə olmalıdır.
Oxuduğunuz kitablar haqqında danışın. Poeziyanı çox sevdiyindən öz aktyorluq sənətinizə, şeir demək qabiliyyətinizə inamınız varsa, əzbər bildiyiniz şeri söyləyə bilərsiz. Bu onların ürəyincə olacaq.
Şeir yazıb-yazmadığını soruşun. Əgər yazıbsa, onda söyləməsini xahiş edin. Şeir ürəyinizcə olmasa da yenə tərifləyin.
Kompliment söyləməyi unutmayın, amma eyniliyə yol verməyin. Əgər dünən gözəlliyini tərifləmisinizsə, bu gün onun ağlına və istedadına heyran olduğunuzu söyləyin.
Tərəzi zövqlə seçilən bahalı hədiyyələri sevir. Ailə münasibətlərində Tərəzilər dava-dalaşdan, söz-söhbətdən qaçırlar. Siz də buna cəhd etməyin.
Onlar başqalarından fərqli olaraq, çox vaxt güzəştə gedirlər və ailə problemlərini özləri düzüb-qoşurlar. Bunu nəzərə alın ki, Tərəzi evdə təmizliyi, sakitliyi, rahatlığı sevir. Evdə canlı gülləri saxlamağı unutmayın. Kişi Tərəzi və qadın Tərəzi uşaqlarını çox sevir. Ailəsinə, uşaqlarına görə hər şeydən keçirlər. İşdə, kollektivdə həmişə hamı ilə mehriban dolanırlar.



Kişi Tərəzinin başqa bürclərlə uyğunluğu
Tərəzi - Qoç. Qoç tərs, sözündən dönməyəndir. Tərəzi isə sakitliyi, səmimiliyi sevən şəxsdir. Ancaq ünsürlərinin bir-birinə uyarlı olması xarakterinə təsir göstərir. Ona görə də, çox vaxt bir-birini başa düşmürlər. Ailə uğursuzdur. Bir-birinə güzəştə getsələr, ümumi dil tapa bilərlər. Bu vaxt xanım Qoçun üzərinə böyük yük düşür.
Tərəzi - Buğa. Buğa özündən razı olduğu üçün, çox vaxt romantik Tərəzini özündən çıxarır. Tərəzinin də qeyri-ciddiliyi Buğanı əsəbiləşdirir. Münasibətlər mümkündür, amma uzun müddətli deyil. Ailə nadir hallarda uğurlu alınır.
Tərəzi - Əkizlər. Hər ikisi sanki bir-biri üçün yaranmışlar. Heç birində qısqanclıq xüsusiyyətləri yoxdur. Onlarda ümumi oxşar cəhətlər var. Onlar bir-birini çox gözəl başa düşürlər. Münasibətləri lap əladır. Ailə uğurludur.
Tərəzi - Xərçəng. Bir-birinə uyğunluğu çox azdır. Hissiyatlı, hər şeyə inanan Xərçəng, dəqiq olmayan Tərəzidən tez küsəcək. Xərçəng evdə oturmağı üstün tutur. Tərəzi isə əksinə, gəzib-dolaşmağı çox sevir. Münasibətlər və ailə çox vaxt problemlidir.
Tərəzi - Şir. Bir-birini çox gözəl başa düşürlər. Şir hisslərə qapanan, Tərəzi isə emosionaldır. Tərəzinin Şirlə münasibətində Tərəzinin güzəştə getməsi şərtdir. Bu xüsusiyyət Tərəzi üçün çətin deyil. Ailədə münasibətlər yaxşıdır. Ailə uğurludur.
Tərəzi - Qız. Xarakterlərində oxşar cəhətlər azdır. Qızlar qayda-qanunla yaşamağı sevirlər. Tərəziyə bu çətin gəlir. Qız bu münasibətdə liderliyə can atır. Ailə problemlidir.
Tərəzi - Tərəzi. Ümumi, oxşar cəhətləri çoxdur. Hər ikisi həyatsevər. ciddi, məsuliyyətli, hər şeyə tez öyrəşəndilər. Bir-birini başa düşürlər. Xəyalpərəstdirlər, çox vaxt problemlər bu xüsusiyyətə görə yaranır. Ailədə müəyyən güzəştə getməlidirlər.
Tərəzi - Əqrəb. Əqrəb çox qısqancdır. Tərəzini çox vaxt bu xüsusiyyət özündən çıxarır. Bu münasibətdə Əqrəb lider olmaq istəyir. Tərəzi də, təbii ki, bununla razılaşmalıdır. Əgər bununla razılaşacaqlarsa, ailə uğurlu ola bilər.
Tərəzi - Oxatan. Bu münasibətlərdə heç bir tərəf darıxmayacaq. Tərəzi bürclü bəzən Oxatanın xarakterində olan tələbkarlıq, filosofluq və başqa ciddi xüsusiyyətlərə görə ondan tez-tez inciyir. Əgər bu xüsusiyyətlərini Tərəzi həzm edə bilərsə, ailə uğurludur.
Tərəzi - Oğlaq. Oğlaq Tərəzini çox yaxşı başa düşür. Tərəzi isə bəzən Oğlaqın qısqanclığı ilə razılaşmır. Tərəzinin gündəmdə olması, cəmiyyətdə parlaması Oğlağı əsəbiləşdirir. Münasibətlər qısamüddətlidir. Ailə uğursuzdur.
Tərəzi - Dolça. Onlar bir-birinə çox uyğundurlar. Hər iki-si cəmiyyət içərisində olmağı xoşlayır. Hər ikisinin çoxlu dostları var. Bir-biri ilə ünsiyyət yaratmaq onlara xoşdur. Ailə uğurludur.
Tərəzi - Balıqlar. Bu bürc sahiblərinin münasibətində problemlər yox deyil. Bir-birilərini çətin başa düşürlər. Ailə münasibətlərində Balıqlar bütün məsuliyyəti öz üzərinə götürmək istəmirlər. Tərəzilərsə dominant olmağı bacarmırlar. Bunların nikahına ümid bağlamaq olmaz.





Əqrəb bürcü

Əqrəb bürcündə doğulan şəxslərlə ünsiyyət yaratmaq, dil tapmaq üçün müəyyən bacarığa malik olmaq lazımdır. Əqrəblərin xarakterində bir neçə xüsusiyyət var. Onlar vəziyyətin ağası olmaqla yanaşı, həm də başqalarında qətiyyəti qiymətləndirirlər.
Əqrəb bütün münasibətlərdə dominant olmağı sevir. Bəyənmədiyi, onun fikriycə layiq olmayan, diqqətini çəkməyən insanla ünsiyyətə girmirlər. Əqrəbin diqqətini çəkmək üçün mütləq ona kompliment söyləyin. Bu onun xarici görünüşü, geyimi, özünü aparmaq qabiliyyəti ilə bağlı ola bilər.
Əqrəblər çox vaxt sakit oturmağı sevirlər. Onlar sizə diqqətlə qulaq asıb, yeni informasiya almaq istəyirlər.
əqrəb bürcü, ScorpioOnunla söhbət zamanı siyasət, hava haqqında danışmayın. O, sizinlə söhbət xatirinə söhbət etməyəcək. Onları maraqlandıran mövzu haqqında ixtilat etməyə çalışın.
Əgər siz qadın Əqrəblə restoranda, qonaqlıqda tanış olmusunuzsa, onda siz onlara şahlara qulluq edildiyi kimi qulluq göstərin. Onlar bunu nəzərindən qaçırmayacaqlar.
Hədiyyəyə gəldikdə, Əqrəblər qızıl əşyaları, amuletləri çox sevirlər. Əgər qadın Əqrəbə hədiyyə almaq istəyirsinizsə, onda gülləri də unutmayın.
Söhbət əsnasında kobudluğa və kəskin sözlərə yol verməyin. Onların keçmişi ilə çox maraqlanmayın, onsuz da danışan deyillər. Öz keçmişinizi də qabarıq şəkildə gündəmə gətirməyin. Belə ki, bu gələcəkdə münaqişələr üçün fakt ola bilər. Ümumiyyətlə, çalışın Əqrəbləri qısqandırmayasız. Onları tənqid atəşinə tutmayın, bunu xoşlamırlar. Narazılıqları yumşaq formada söyləyin və ya zarafata salın. Söz vermisinizsə, mütləq əməl edin. Təyin olunmuş yerə gecikməyin, yoxsa gəlib görəcəksiz ki, Əqrəb çıxıb gedib.

Kişi Əqrəbin başqa bürclərlə uyğunluğu
Əqrəb - Qoç. Bir-birini başa düşməkdə çətinlik çəkirlər. Qoç azadlığı sevir, qısqanc Əqrəb bunları qəbul edə bilmir. Hər ikisi eqoist, dinamik, məqsədyönlüdürlər. Heç biri güzəştə getməyi xoşlamır. Münasibətlər qısamüddətli, ailə uğursuzdur.
Əqrəb - Buğa. Xarakterlərində mənfi xüsusiyyətlər olsa da, yola getməyi bacarırlar. Problemlər çox vaxt ailədə liderliyin üstündə olur. Münasibətlər mümkündür. Tərəflərdən biri güzəştə getməyi bacarsa, xoşbəxt ailə mümkündür.
Əqrəb - Əkizlər. Əkizlər dəqiq deyillər. Bir şey fikirləşib, tamam başqa cür hərəkət edirlər. Bu isə çox vaxt problemlərin yaranmasına səbəb olur. Münasibətlər mümkündür. Ailə haqqında bunu demək bir az çətindir.
Əqrəb - Xərçəng. Hər ikisi su ünsürü olduğundan bir-biri ilə yaxşı yola gedirlər. Əsas problemlər qısqanclıq üzündən baş verir. Bu xüsusiyyətlərinə görə, hər ikisi əziyyət çəkir. Əgər qısqanmasalar, uğurlu ailə mümkündür.
Əqrəb - Şir. Ünsür baxımından bir-birindən kəskin fərqlənirlər. Şir - od, Əqrəb - su, Şir ötkəm, birbaşa, Əqrəb kinli olduğu üçün, bu onların münasibətlərində də özünü göstərir. Şirin qüruru münasibətlərdə problemlər yaradır. Ailə uğursuzdur.
Əqrəb - Qız. Bu bürc sahibləri bir-birini çox yaxşı başa düşür, olduqca gözəl münasibət qura bilirlər. İstər dostluq, istərsə də ailədə münasibətləri uğurludur. Su ilə Torpağın ünsiyyəti arzuolunandır.
Əqrəb - Tərəzi. Əqrəb - su, Tərəzi - hava ünsürlü olduğundan xarakterində də müəyyən xüsusiyyətlər var. Bəzən bu xüsusiyyətlər münasibətlərə mane olur. Tərəzilər səxavətlə pul xərcləməyi sevirlər bu Əqrəblərin xoşuna gəlmir. Ailədə münasibətlər problemlidir.
Əqrəb - Əqrəb. Bir-birinə oxşar cəhətləri çoxdur. Hər ikisi qətiyyətli, kinli, xudbin, qısqancdırlar. Bu xüsusiyyətlərinin olmasına baxmayaraq, bir-birinə layiq olmağı bacarırlar. Münasibətlər yaxşıdır. Ailə uğurlu ola bilər.
Əqrəb - Oxatan. Hər ikisi qəddardır, hər ikisində fərqli cəhətlər də çoxdur. Əqrəb evə bağlıdır, Oxatan isə səyahəti çox sevir. Əqrəb eqoist olduğundan, Oxatanın bütün azad-lığını əlindən alacaq. Bir-birini başa düşmürlər. Münasibətlər qısamüddətlidir. Ailə uğursuzdur.
Əqrəb - Oğlaq. Bu bürc sahibləri arasında böyük problemlər gözlənilir, ancaq sevgi qarşılıqlıdır. Əqrəb emosional olsa da, Oğlaqın dözümlüyü hər şeyi yoluna qoyur. Hər ikisi məqsədyönlüdür. Bir-birinə uyğundurlar. Münasibətlər və ailə uğurludur.
Əqrəb - Dolça. Bir-birindən kəskin fərqlənirlər. Dolça romantik olduğu halda, Əqrəb realistdir. Dolçanın əhval-ruhiyyəsinin tez-tez dəyişməsi Əqrəbi bezdirir. Dolça gəzib-dolaşmağı, Əqrəb isə evdə olmağı üstün tutur. Ailə uğursuzdur.
Əqrəb - Balıqlar. Bir-birinin xoşuna gəlməyi bacarırlar. Balıqlar Əqrəbə çox bağlıdırlar. Ailədə lider Əqrəbdir. Bu da Balıqların ürəyincədir. Ailə uğurludur.

Oxatan bürcü

Oxatanla tanış olan zaman ilk söhbəti heyvanlar haqqında başlasanız yaxşı olar. Oxatan evində it saxlamasa da, onlar haqqında çox maraqlanır. Cəngəllik qanununun cəmiyyətdə işləməsini, yırtıcılarla zəiflərin təması məsələsini açıqlayın. İlk görüşü açıq havada təyin etsəniz yaxşı olar.
oxatan bürcü latınca adı SagittariusOxatanlar hədiyyə almağı çox sevir. Bunun üçün çox pul xərcləmək lazım deyil. Bu bürcün sahibləri elə insanlardır ki, hədiyyənin bahalı və ucuz olması yox, sizin ona diqqətiniz üçün vacibdir.
Oxatanlar çox ünsiyyətcildirlər. Onların dünya görüşü çox geniş olduğundan, hər barədə söhbət etmək olur. Lakin laqeyd və passiv həmsöhbətdən tez bezirlər.
Qadın Oxatanlar evlilik təklifinə o saat cavab verməyə tələsmirlər.
Kişi Oxatanlar isə o dəqiqə cavab gözləyirlər. Cavabın uzadılması onun aqressiyasına səbəb olur.
Oxatanlar çox sentimentaldırlar. Onlar sevgilisi ilə ilk görüşü ömrünün axırına kimi unutmur, tez-tez xatırlayırlar. Hətta başqası ilə ailə həyatı qursa da, ilk öpüşü yada salır, ya da müqayisə edir.
Bu bürcün sahibləri çox ailəcanlı şəxslərdir. Əgər sizin həyat yoldaşınız Oxatandırsa, onda əmin olun ki, mağazadan ağır zənbilləri daşımaq, məişət problemlərini həll etmək onun öhdəsinə düşəcək.
Amma Oxatanlara əsla göstəriş verməyin, bu onu qıcıqlandırır. Onlar uşaqları çox sevir. Uşaqlarının bütün ehtiyaclarını özü ödəyir. Onlardan heç vaxt ciddi valideyn olmur. Ona görə də, uşaqların tərbiyəsi ilə özünüz məşğul olsanız yaxşıdır. Oxatanlar uşaqlarının heç bir sözünü yerə salınırlar. Ona görə də, çox vaxt uşaqlar ərköyün böyüyür. Bunu da nəzərə alın ki, çox vaxt ailədə mübahisə uşaqların tərbiyəsi ilə əlaqədar meydana çıxır.


Kişi Oxatanın başqa bürclərlə uyğunluğu
Oxatan - Qoç. Bir-birinə uyğun şəxslərdir. Aralarında problem olsa belə, tez barışa bilirlər. Hər ikisinin ünsürü od olduğundan oxşar cəhətləri çoxdur. Bir-biri ilə vaxt keçirməyi xoşlayırlar. Hər cür münasibətlər mümkündür. Ailə uğurludur.
Oxatan - Buğa. Oxatan Buğanın dedikləri ilə oturub-durmağı sevmir. Buğa daha çox evə bağlıdır, Oxatansa səyahəti, gəzib-dolaşmağı sevir. Uzunmüddətli münasibətlər haqqında danışmaq qeyri-mümkündür. Ailə uğursuzdur.
Oxatan – Əkizlər. Hər iki bürc sahiblərinin oxşar cəhətləri vardır. Hər ikisi hər şeyin yaxşı olmasına inanır. Yeni tanışları, yeni məkanı çox sevirlər. Əsas problem Əkizlərin ailədə lider olmaq istəyidir. Bu da Oxatanların xoşuna gəlməyəcək. Güzəşt olmazsa, ailə uğursuzdur.
Oxatan - Xərçəng. Bir-birindən kəskin fərqlənən iki bürc. Xərçəng sabitliyi, sakitliyi sevir, Oxatan isə həmişə yenilik sorağındadır. Dostluq münasibətləri mümkündür. Ailədə bir çox problemlərin yaranması halları ola bilər. Ailə çox vaxt uğursuzdur.
Oxatan - Şir. Bu iki bürcün münasibəti hər ikisinə xoş təsir bağışlayacaq. Oxatan məsləhətə qulaq asır, Şir isə yox, buna görə də yaranan münasibətdə Şir Oxatanın üzərində liderlik edəcək. Onlar bir-birini çox gözəl başa düşürlər. Hər ikisinin oxşar cəhətləri ailənin uğurlu olmasına zəmanət verir.
Oxatan - Qız. Bu bürc sahiblərinin münasibəti çox vaxt anlaşılmazlıqlarla nəticələnir. Oxatanın problemlərə laqeyd yanaşması Qızları özündən çıxaracaq. Münasibət çətin alınır. Çox vaxt Qız küsüb gedir, Oxatan tək qalır. Ailə uğursuzdur.
Oxatan - Tərəzi. Tərəzinin dözümlülüyü Oxatanın ürəyincədir. Tərəzi də Oxatanın qeyri-adi ekstravaqant hərəkətlərini bəyənir. Hər ikisinə ünsiyyət yaratmaq xoşdur. Dava-dalaş üçün, dedikcə az səbəb olacaq. Münasibətlər yaxşıdır. Ailə uğurludur.
Oxatan - Əqrəb. Oxatan səmimi, Əqrəb sirlidir. Oxatan münasibətlərində daimi deyil, Əqrəb qətidir. Oxatan azadlığı sevir, Əqrəb sabitqədəmdir. Oxatan tez küsüb, tez də barışır. Əqrəb isə illərlə küsülü qala bilər. Münasibətlər çətin alınır. ailə uğursuzdur.
Oxatan - Oxatan. Bu bürc sahibləri bir-birinə çox oxşayırlar. Bəzən bu oxşarlıq yalnız müsbət xüsusiyyətlərə deyil, mənfi xüsusiyyətlərə də aiddir. Hər ikisi lider olmağa can atır. Ailədə tərəflərdən biri güzəştə getməyi bacarsa, uğurlu münasibət alına bilər.
Oxatan - Oğlaq. Oğlağın hərəkətlərində ehtiyatlıq var. Oxatan isə çox vaxt riskə getməyi sevir. Oğlaq Oxatana qarşı çox tələbkardır. Bu isə Oxatanı yorur. Onlar bu münasibətlərdən tez bezirlər. Ailə çox vaxt problemlidir. Od ilə Torpaq ünsürlərinin bir evdə olması çox çətindir.
Oxatan - Dolça. Hər ikisi qısqanc, əyləncəni sevən filosof, işgüzardırlar. Oxşar cəhətlərinə baxmayaraq, çox vaxt münasibətlərdə problemlərlə üzləşirlər. Dostluq və işgüzarlıq münasibətləri mümkündür. Böyük sevgi olmasa, ailə çox vaxt uğursuzdur.
Oxatan - Balıqlar. Bir-birindən çox fərqlənirlər. Heç biri güzəştə getməyi bacarmır. Balıqları başa düşmək Oxatana çətin gəlir. Bir-birini sevsələr də, ailədə problemlər yox deyil. Çox vaxt münasibətlər uğursuzluğa gətirib çıxarır.


Oğlaq bürcü

İşgüzar Oğlaqlarla birlikdə işləmək bir fərəhdir. Vəzifəsindən bir pillə aşağı işləsəniz, sizin onunla ünsiyyət yaratmağınıza özü kömək edəcək. Həm də sizin maraq dairəniz eyni olacaq. Bu isə ünsiyyət yaratmaq üçün daha bir şansdır.
Birlikdə problemləri həll etmək Oğlaq bürcünün ürəyincədir. Oğlağın ən çox sevdiyi və bildiyi sahəni öyrənin, bu hər hansı bir xarici dil, kompüter, klassik musiqi, rəngkarlıq sənəti ola bilər.Başa düşmədiyinizi ondan soruşun, sizə bunu öyrətməyini xahiş edin. Şərt deyil ki, dərslər parta, masa arxasında keçsin. Gözəl havada, parkda gəzişə-gəzişə öyrənmək də mümkündür. Elmə olan marağınızı Oğlaqlara suallarla göstərin. O, sizin öyrənmək istəyinizi çox gözəl qiymətləndirər.
Onunla ciddi mövzularda söhbət edin. Bu fəlsəfə və ya maliyyə xəbərləri ola bilər. Onun gözəl yaddaşına, iti ağlına baxıb zövq alın.
Oğlaq qiymətli əşyaları sevir. Çox vaxt da əntiq şeyləri kolleksiyalaşdırır. Hədiyyəyə gəldikdə, ona nadir tapılan kitab, məşhur rəssamın əsərini və ya əntiq əşya hədiyyə etsəniz, ürəyincə olar. Oğlaq görüşdə gözlənilməz hadisələri sevmir. Yadda saxlayın ki, Oğlaq hər yerdə adəti üzrə eyniliyi sevir. Ona görə də, görüşə gəldiyinizdə çiçəkləri unutmayın.
Qadın Oğlaq romantikdir. Ona sevginizi etiraf edin, gözəl sözlərdən, şerlərdən söyləyin.
Kişi Oğlaqlar isə romantik deyil. Sentimental musiqiləri, filmləri sevmirlər. Bu bürcün sahibləri səs-küydən uzaq, sakit həyatı xoşlayırlar. Ailədə çox vaxt güzəştə gedən bu bürcün sahibləridir.

Kişi Oğlağın başqa bürclərlə uyğunluğu
Oğlaq - Qoç. Hər ikisi tərs, dediyinin üstündə durandır, hər ikisi qarşısına çıxan çətinliklərin öhdəsindən yaxşı gələndir. Ünsürləri fərqli olduğundan, bu xarakter baxımından da özünü büruzə verir. Yaranan ailə ideal sayıla bilməz.
Oğlaq - Buğa. Hər ikisi pulu və komfortu çox sevir. Onlar bir-birini çox gözəl başa düşürlər. İki torpaq ünsürlü bürc həyata çox real baxır. Onların münasibəti uzunmüddətli və perspektivlidir. Ailə uğurludur.
Oğlaq – Əkizlər. Xarakter baxımından bir-birinin əksidirlər. Oğlağın fikriycə, Əkizlər sözünün üstündə durmayan, yalnız özünü fikirləşən, hər şeyə laqeyddirlər. Əkizlərin fikriycə isə, Oğlaq simicdir. Əlaqə qısa müddətli, ailə uğursuzdur. Bir-birini qınamaları, narazılıq və böhtanlar mümkündür.
Oğlaq - Xərçəng. Xərçəngin fikrincə, Oğlaq çox tələbkar, Oğlağın fikrincə isə, Xərçəng xəyalpərəstdir. Yaranan problemlərin səbəbi bir-birilərini çətin başa düşmələridir. Xərçəng real həyatla yaşamalı, keçmişinə az qapılmalı, Oğlaq isə riskə getməməlidir. Tərəflərdən birinin güzəştə getməsi ilə ailə qənaətbəxş sayıla bilər.
Oğlaq - Şir. Bu bürc sahiblərinin münasibətləri lap əvvəldən uğursuzdur. Şirin lider olmaq istəyi Oğlağın ürəyincə deyil. Bunlar arasında dostluq, işgüzarlıq münasibətləri yaransa da, ailə çox vaxt problemli olur.
Oğlaq - Qız. Bu bürc sahiblərində o qədər oxşar cəhətlər var ki, problemlərin yaranması üçün heç bir əsas olmur. Onlar bir-birini tamamlayırlar. Bir yerdə özlərini xoşbəxt hiss edirlər. Yaranan ailə uzunmüddətli və xoşbəxtdir.
Oğlaq - Tərəzi. İlk baxışdan tərəflər onların xoşuna gəlsə də. sonradan onlar bir-birini qıcıqlandıracaqlar. Tərəzi Oğlağın dedikləri ilə oturub-durmağı sevmir. Bu səbəbdən də, problemlərin yaranması təhlükəsi mövcuddur. Ailə çox vaxt uğursuz olur.
Oğlaq - Əqrəb. Əqrəb Oğlağa güvənə bilir. Bu münasibətlərdə Oğlaq lider olmaq istəyir, Əqrəb bununla razılaşır. Bu bürc sahiblərində münaqişələrin yaranması demək olar ki, baş vermir. Yaranan ailə çox uğurludur.
Oğlaq - Oxatan. Oxatan münasibətlərdə emosionaldır. Oğlaq pulun dəyərini bilir, onu harada, necə düzgün xərcləməyi bacarır. Oxatan isə tamamilə bunların əksidir. Yaranan münasibətlər qısamüddətli, ailə isə uğursuzdur.
Oğlaq - Oğlaq. Bu bürc sahiblərinin münasibəti çox romantikdir. Aralarında yaranan problemlər olsa da, çalışırlar ki, bunu bir yerdə həll etsinlər. Hər ikisi çox işləyir, ciddidirlər. Ailə, elə bil, iki böyük uşağın ittifaqıdır, uğurlu sayıla bilər.
Oğlaq - Dolça. Bu bürc sahiblərinin münasibətləri dostluqdan başlayır. Oğlaq Dolçanın məhəbbətini qazanmaq üçün onları başa düşməlidir. Onlar kimi romantik və sentimental olmalıdırlar. Tərəflərdən biri güzəştə getsə, ailə uğurlu sayıla bilər. Daha çox fədakar bu ittifaqda Oğlaqdır.
Oğlaq - Balıqlar. Xarakterlərində fərqli cəhətlər olsa da, ümumilikdə bir-birini tamamlayırlar. Bu münasibətdə Oğlaq lider olur. Balıqlar onlarla mübahisə və münaqişə yaratmaqdan qaçırlar. Münasibətlər gözəl sayıla bilər. Ailə uğurludur.


Dolça bürcü (sutökən)

Digər bürc sahiblərindən fərqli olaraq. Dolçayla tanış olmaq çox asandır. Bu münasibətlərdə ən çətini onun diqqətini cəlb etməkdir. Dolçalar çox ünsiyyətçidiıiər. İlk tanışlıqda bu adamla tez bir zamanda mehribanlaşıb, istənilən mövzuda danışa bilərsiz.
Bu bürcdən olanlar yüksək zəka, intellekt sahibləridiıiər. Ona görə də, özlərinə oxşar adamlarla ünsiyyət qurmağı bəyənirlər.dolça bürcü (sutökən)Dolça yüksək zövqə malikdir. zərif, incə hədiyyələri sevirlər. Dolça üçün ən gözəl hədiyyə kitabdır. Bunu da unutmayın ki, aldığınız hədiyyə məhz Dolçanın istifadəsinə yararlı olmalıdır.
Dolçayla ünsiyyət qurduqda çoxlu suallar verin. Bu sual onun işinə, sevdiyi musiqiyə, kitaba, yığdığı, topladığı kolleksiyaya aid ola bilər.
Əgər Dolça ilə ailə münasibətlərində hər şeyin yaxşı olmasını istəyirsinizsə, onda sizdən yüksək yumor qabiliyyəti, səmimi ünsiyyət, etibar tələb olunur.
Çalışın ki. Dolça ilə hökmranlıqla rəftar etməyəsiniz. O, belə münasibəti xoşlamır. Dolça saatlarla telefonda danışmağı xoşlayır. Bu vərdişini onun tərk etməyini tələb eləməyin, onsuz da bu alınmayacaq. Dostları ilə ilk baxışdan boş görünən söhbətlərlə saatlarla telefonda danışması onun ən sevimli işidir.
Evinizdə köhnə əşyaları atın, mebellərin yerini dəyişin. Dolçalar yeniliyi çox sevirlər. Onlarla münasibətdə öz emosiyalarınıza sahib çıxın. Onlar bunu qiymətləndirirlər. Çalışın onun xoş əhval-ruhiyyəsi olmadığı bir vaxtda problemlər haqda danışmayasız. Bu vəziyyəti daha da çətinləşdirir.

Kişi Dolçanın başqa bürclərlə uyğunluğu
Dolça - Qoç. Bu bürc sahiblərinin oxşar cəhətləri var. Hər ikisi liderliyə can atır. Təbii ki, çox vaxt Qoç qalib gəlir. Problemli münasibətdir, ailədə yaranan söz-söhbətlər hər ikisini tez bezdirəcək.
Dolça - Buğa. Hər ikisi sözünü deməyi bacarandır. Güzəştə getmirlər. Bunlar arasındakı münasibətlər dostluq münasibətləridir. Sevgi çətin hallarda meydana gələ bilər. Ailə nadir hallarda xoşbəxt olur.
Dolça - Əkizlər. Dəyişən xarakterə malik Əkizlər Dolçanın əmrinə tabe olacaqdır. Zövqləri və maraq dairələri eynidir. Çox vaxt bir yerdə yaradıcılıq işləri ilə məşğul olurlar. Bir-birini çox gözəl başa düşürlər. Ailə uğurludur.
Dolça - Xərçəng. Dolçanın artıq dərəcədə emosionallığı Xərçəngi özündən çıxarır. Onlar özlərinə yüksək diqqət tələb edir. Bir-birini çətin başa düşürlər. Ünsiyyətləri demək olar ki, alınmır. Ailə uğursuzdur.
Dolça - Şir. Bir neçə müddət ərzində bu münasibətlər gözəl görünə bilər. Sonradan isə problemlərin üzə çıxması onları da bezdirəcək. Hər ikisinin münasibətlərində liderlik iddiasında olması vəziyyəti daha da çətinləşdirəcək. Ailə çox vaxt uğursuz olur.
Dolça - Qız. Zirək, cəld olan Qız Dolçaya tənqidi yanaşır. Hər ikisinin mənəvi münasibətə, sevgiyə böyük ehtiyacı var. Münasibətlərdə problemlər var, ailə uğursuzdur.
Dolça - Tərəzi. Onlar bir-birinə çox uyğundurlar. Musiqini, incəsənəti sevirlər. Aralarında ciddi münaqişə demək olar ki, yaranmır. Hər ikisi bir-birini sevir, hörmət edir. Ailənin qədrini bilirlər. Ailə çox uğurludur.
Dolça - Əqrəb. Bir-birinin əksidirlər. Əqrəb qısqanc, Dolça azadlığı sevəndir. Əqrəb çox vaxt aqressiv olur, Dolça isə təzyiqi sevmir. Bu da əlbəttə ki, Dolçanın Əqrəbdən yan gəzməsinin səbəbidir. Ailə uğursuzdur.
Dolça - Oxatan. Hər ikisi aktiv, həyatsevərdir. Hər ikisi cəmiyyət içində olmağı xoşlayır. Dostluq və işgüzarlıq münasibətləri çox gözəldir. Ailə münasibətlərində isə yaranan narazılıqlar hər ikisini tez bir zamanda bezdirəcək.
Dolça - Oğlaq. Ilkin görünüşdən bir-birinə çox uyğun görünəcəklər. Hər ikisi çalışmağı, işləməyi, karyeranı, cəmiyyətdə müəyyən mövqe tutmağı bacarır. Amma ailədə problemlər var. Əsas problem onların bir-birini başa düşməməsidir.
Dolça - Dolça. Bir-birinə çox gözəl uyğun gəlirlər. Hər ikisi ağıllı, düşüncəli və bacarıqlıdır. Onları maraqlandıran mövzular çoxdur. Bir-birini çox yaxşı başa düşürlər. Ailə uğurlu ola bilər.
Dolça - Balıqlar. Bu münasibətdə xarici görünüş müəyyən rol oynayır. Belə ki, Balıqların xarici görünüşü Dolçaları valeh edir. Bu münasibətlərdə həqiqi sevgi yarana bilər, əgər Balıqlar nazlı olsalar... Tərəflərdən biri güzəştə getməyi bacarmalıdır. Əks halda, sağlam və xoşbəxt ailə haqqında danışmaq mümkün deyil.



Balıqlar bürcü

Balıqlar olan məclislərdə, yığıncaqlarda onları həmişə diqqət mərkəzində görmək mümkündür. Əgər onlar bunu bacarmasalar, onda bir qıraqda durub darıxacaqlar.
İlkin söhbət üçün musiqi, teatr haqqında söz salın, bu onların maraq dairəsindədir. Balıqlar monoloq söyləməyi xoşlayır. Onlara diqqətlə qulaq asın və sözünü kəsməyin. Əgər söhbətində heç nəyi başa düşmədinizsə, onda səmimi olaraq bunu onlara deyin. Balıqların ən sevimli işi nəyisə insanlara başa salmaqdır. Onlar düzgün düşünür, ancaq gözəl danışa bilmir. Odur ki, sözündən inciməyin.
baliqlar zodiak bürcünün qoroskopuBalıqlar rəqs etməyi xoşlayır. Onları ilk görüşə çağırmaq üçün rəqs etmək mümkün olan restorana, toya, dostlarla yığıncağa və ya hər hansı bir bayrama dəvət edə bilərsiz.
Əgər tanışınız qadın Balıqdırsa, ona tez-tez kompliment söyləməyi unutmayın. Balıqların səhhəti bir qədər zəifdir. Ona görə də, onun geyiminə, yeməyinə diqqət ayırın. Çalışın ki, zərərli vərdişlərdən əl çəkməyinə kömək edəsiniz.
Laqeyd olmadığınızı göstərin, onda sizə etibar edəcək. Onların ürəyinə yol tapmağın açarı sizə qarşı olan etibar və inamıdır.
Onlar tənhalıqdan qorxur. Əgər Balıqları doğrudan da çox sevirsinizsə, onları heç vaxt tək qoymayın.
Balıqlar hədiyyə almağı çox sevir. Hədiyyə almış olsanız, çalışın ki, maraq dairəsinə yaxın bir şey olsun. Şəkil albomu, təncim elminə aid kitab, şeir məcmuəsi, zinət əşyaları, bahalı aksessuarlar varsa, lap yaxşı olar. Bu onları çox sevindirər.

Kişi Balıqların başqa bürclərlə uyğunluğıı
Balıqlar - Qoç. Hər ikisi çox həssasdır. Balıqlara çoxlu diqqət lazımdır. Kobud Qoçlar bunu bacarmırlar. Ona görə də, çox vaxt Balıqlar bu münasibətdən əzab çəkir. Dostluq, işgüzar münasibətlər mümkündür. Ailə çox vaxt problemli olur.
Balıqlar - Buğa. Bu münasibətlərdə Buğa liderlik edəcək. Balıqlar da bununla razılaşmalıdır. Balıqlar güzəştə getməyi bacarmalıdır. Əgər bu onlarda alınsa, yaranan ailə çox xoşbəxt və uzunömürlü ola bilər.
Balıqlar – Əkizlər. Heç biri sabitqədəm deyillər. İlk görünüşdən bir-birini cəlb etsələr də, Əkizlərin dəyişkənliyi, Balıqların çox hissiyyata qapanması, münasibətlərin korlanmasına gətirib çıxaracaq. Bunlar arasında yaranan ailə uğursuzdur.
Balıqlar - Xərçəng. Bu münasibətlərdə hər ikisi özünü xoşbəxt hiss edəcək. Xərçəng lider olacaq. Xərçəng Balıqlara qarşı tələbkardır. Balıqlar onların dediklərini can-başla yerinə yetirir. Ailə uğurludur.
Balıqlar - Şir. İki bir-birindən fərqlənən və əks olan xarakterli insanlar biri digərini axıra qədər başa düşmür. Dözümsüz hökmran Şir, sentimental, xəyalpərəst Balığı qıcıqlandırır. Bu münasibətdən hər ikisi çox əziyyət çəkir. Ailə çox uğursuzdur.
Balıqlar - Qız. Bu bürc sahibləri bir-birinə çox gözəl yaraşırlar. Hər ikisinə bir-biri ilə ünsiyyət yaratmaq xoşdur. Hər bir münasibət uğurlu sayılır. Qurulan ailə xoşbəxt və uzunmüddətli ola bilər.
Balıqlar - Tərəzi- Bu münasibətlərin lap əvvəlində problemlər var. Tərəzilərin tənbəlliyi, laqeydliyi Balıqları özündən çıxardır. Hər ikisi komfort şəraiti sevir,amma işləmək istəmirlər. Ailə münasibətləri uğursuzdur.
Balıqlar - Əqrəb. Bir-birinə uyğun olan ideal cütlükdür. Onlar bir-birini tamamlayırlar. Bir yerdə olmaq onlar üçün xoşdur. Bu münasibətdə Əqrəblər liderdirlər. Balıqların romantikliyi Əqrəblərin ürəyincədir. Ailə uğurludur.
Balıqlar - Oxatan. Onlar bir-birini çətin başa düşürlər. Oxatan həyatda daha aktiv, Balıqlar isə passivdir. Ailədə də problemlər məhz bu səbəbdən olur. Oxatan Balıq ilə darıxır. Liderlik Oxatanın əlindədir. Ailə uğursuzdur.
Balıqlar - Oğlaq. Problemlər yaransa da, bir-birini bağışlaya bilirlər. Özünə inanan, güclü Oğlaq Balıqları qoruya bilir. Balıqlar isə Oğlağın həyatına romantiklik gətirir. Yaranan münasibətlər və ailə uğurludur.
Balıqlar - Dolça. İlk baxışdan bir-birini bəyənsələr də, sonradan yaranan problemlər münasibətlərin uzunmüddətli olmasına imkan vermir. Dostluq və işgüzarlıq əlaqələri yaxşı sayıla bilər. Ailə haqqındasa bunu demək çətindir.
Balıqlar - Balıqlar. Eyni bürc olduğundan yaxşı yola gedirlər. Hər ikisi xəyalpərəstdir, bu da problemlərə gətirib çıxarır. Tərəflərdən biri münasibətdə mütləq lider olmalıdır. Bu mümkün olsa, ailə uğurlu sayıla bilər.
  1. Bextiyar 6 sentyabr 2015 14:25


    men oglaq burcuyem. mene uygun burcler eqreb,qiz,baliq,buga,oglaq,bucleridir men bu burclerle riyal heyatdada munasibet quranda goruremki heqiqetende bir birimizi yaxsi basa dusuruk ona gorede men burc falina yox,burclerin xususiyetleri haqqinda yazilanlara inaniram..

    --------------------