» » Həyatı izlərkən...!

Həyatı izlərkən...!

Həyatı izlərkən...!

Sakitt həmdə lapp sakit,zamanımı həmən gün onu izləməyə sərf edib səssiz onu izlədim.Gördüklərimdən şoka düşdüm,onda ürək varmış,onda səbir varmış,onda kürək varmış çəkisi bilinməyən yüklər götürmüş.....Hər kəs onu danlayır,söyür,təhqir edir....Hərdəndə elələri olur ki,ona əhsən deyib alqışlayır.Onun canlı görmək ən böyük arzum idi.Bu arzuma onu izlərkən çatdim.Amma onu izlədikdən sonra onla oturub söhbət edib dərdləşmək istədim...?!Mən özlüyümdə onla necə harda oturub söhbət eləmək arzumu götür qoy elədiyim zaman o mənə yaxınlaşdı.Adımla mənə müraciyyət edib,nə danışacaqsan mənlə?Nə öyrənmək istəyirsən məndən?Nə almaq istəyirsən məndən......Sevindim həyacanla ona səslənib itirdiklərimi ondan istədim...O,bir neçe dəqiqə susub davam elədi.Sənə danışmaqla heçnə başa sala bilməyəcəm,səni oz yanımda saxlayacam üç gün,bu üç gündə sadəcə müşahidə edib gedərsən.Razılaşdım qaldım onun yanında,ancaq müşahidə elədim.Üç gün tamamında məni yola salacağı yerə gətirib,anlaya bidin məni dedi.Yox dedim,demək anlamadın dedi,və yenə susub dayandı.Bir qədər susduqdan sonra dedi,birdə heç vaxtt məni izləmə mənlə söhbət eləmək arzusuna düşmə deyib uzaqlaşdı məndən...Özü belə özündən baş açmayan HƏYATI izləyirdim mən....?!
  1. Bextiyar 7 sentyabr 2015 00:03


    KAMRAN BU HEKAYENI OZUN KIMINSE HEYARINDAN YAZMISAN YOXSA ???

    --------------------