» » Türkiyəli məşhurlardan ana nəsihəti - (FOTO)

Türkiyəli məşhurlardan ana nəsihəti - (FOTO)

Türkiyəli məşhurlardan ana nəsihəti - (FOTO)
Türkiyəli məşhurlardan ana nəsihəti - fotolar Türkiyənin "Həftə Sonu" jurnalı “Analar Günü” münasibətiylə məşhur analar arasında sorğu aparıb.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhurların analarından aldığı və uşaqlarına verdiyi ən gözəl öyüd və nəsihətləri bu sorğuda əksini tapıb. "Ananızdan eşitdiyiniz ən gözəl öyüd nə idi?", “siz uşaqlarınıza hansı nəsihətləri edirsiniz?" - sualına məşhurların cavabı belə olub:

Yeşim Salkım: Anam hər zaman, "Analar nə söyləsə, gözəl söyləyir" deyərdi. Haqlı idi. Anam bu günə qədər düşüncələrində və duyğularında yanılmadı. Mən də anamın nəsihətini övladlarıma aşılayıram. Bu, bizim ailə şüarımızdır.

Türkiyəli məşhurlardan ana nəsihəti - (FOTO)


Ceylan Çapa: Anam həmişə deyir ki, "Dürüstlük, hörmətli olmaq və məsuliyyət hər şeydən önəmlidir". Həyatda hər şeyi sevgiylə etmək lazımdır. Anamın "Hər kəs könlünün çörəyini yeyər" kəlməsi ən çox inandığım kəlmədir. Bunu öz uşaqlarıma da aşılayacam.

Türkiyəli məşhurlardan ana nəsihəti - (FOTO)


İpek Tuzcuoğlu: Anam həmişə "Millət zərbə yedikcə şeytanlaşır, mənim qızım isə zərbə yedikcə mələkləşir" deyirdi. Həqiqətən də bu belədir. İçimdə heç vaxt kin bəsləyib böyütməmişəm.

Türkiyəli məşhurlardan ana nəsihəti - (FOTO)


Ece Erken: "Anam həmişə həyat yoldaşı seçməkdə diqqətli olmağımı tövsiyyə edib.Təəssüf ki, buna əməl etmədim. Oğlumu qadına dəyər verən, ona gözəl davranan və əl üstündə tutan bir kimi böyütmək istəyirəm.

Türkiyəli məşhurlardan ana nəsihəti - (FOTO)


Eliz Sakuçoğlu: Anam "Bu həyatda hər şeyi sevgiylə etməliyik. O zaman həyat daha gözəl olacaq. Çünki xoşbəxt olmaq öz əlindədir. Sən xoşbəxt olmağı seç ki, ətrafındakı insanlara da o enerjini ötürə biləsən. Pessimist, bədbəxt olmaqla, vaxtımızı itirməməliyik. Və atdığın hər addımda bunu unutma, "Heç bir şeyin təkrarı yoxdur" deyirdi. Uşaqlarım olanda, bu məsləhəti onlara verəcəm.

Türkiyəli məşhurlardan ana nəsihəti - (FOTO)


Pınar Altuğ: Anam mənə həmişə öz ayaqlarım üzərində durmağı və duyğularımdan heç vaxt imtina etməməyi məsləhət görərdi. Mən də qızım üçün elə edirəm. Başqaları nə deyirsə desin, bu mənim həyatımdır.

Türkiyəli məşhurlardan ana nəsihəti - (FOTO)


Özlem Yıldız: Uşağım başını yastığa qoyanda "Bu gün kimsəyə bilərək pislik etmədim, kimsənin haqqını yemədim" - deməsini istəyirəm. Anamdan həmişə bu kəlməni eşitmişəm. Mən də oğlumu eyni nəsihətlə böyüdürəm.

Türkiyəli məşhurlardan ana nəsihəti - (FOTO)


Hülya Kalyoncu: Anamı çox kiçik yaşda itirmişəm. Təəssüf ki, xatırlamıram. Ona görə qızlarıma verəcəyim ən mühüm nəsihətim, sağlamlığın və zamanın qiymətli olduğunu aşılamaqdır.

Türkiyəli məşhurlardan ana nəsihəti - (FOTO)