» » Keçi südü ana südünü əvəz edə bilər? - Analar mütləq oxusun

Keçi südü ana südünü əvəz edə bilər? - Analar mütləq oxusun

Keçi südü ana südünü əvəz edə bilər? - Analar mütləq oxusun

Bir sıra dünya miqyaslı süni qida istehsalçılarının reklam vasitələrində müxtəlif - inək südü, keçi südü və soya əsaslı körpələr üçün nəzərdə tutulan süni qidaların təbliğatlarında valideynlərdə etimad doğuracaq mübaliğəli cümlələr eşitmək mümkündür: "Biz körpənizə istehsal etdiyimizin ən yaxşısını veririk!", "Təbii asanlıqla həzm olan!", "Ana südünə bir addım daha yaxın!" və s.
Ana südünün tərkibindəki qidalandırıcılar 400-dən artıq olduğu halda, süni qidanın tərkibində 40-ya yaxın qidalandırıcı mövcuddur. Elm və tibb inkişaf etdikcə, süni qida istehsalçıları ana südünə daha çox yaxınlaşmağa çalışırlar. Lakin unutmamalıyıq ki, süni yolla alınan yeni qidalandırıcı ana südünə daha yaxın bir addım ola bilər, amma qarşıda ana südünə bənzərini yaratmaq üçün 100-lərlə addımlar və proseslər keçilməlidir. Ana südü üzərində aparılan irimiqyaslı və bahalı araşdırmalar əslində onun süni alternativini yaratmaq məqsədi güdür. Nəhəng korporasiyaların maddi dəstəyi ilə ana südünün öyrənilməsi və nəticədə əldə olunan hər yeni elmi kəşf dəfələrlə sübut edir ki, ana südü unikal, təkrarsız və əvəzolunmazdır.
Valideynlər arasında süni qida istehsalçılarının təbliğatından yaranan çaşdırıcı anlayışlardan başqa ənənəvi yanlış anlayışlar da mövcuddur ki, bunlardan biri keçi südünün ana südünə oxşar hesab edilməsidir. Çünki bu oxşarlıq ana südünə deyil, inək südünə nəzərəndir. Yəni inək südünə nisbətən keçi südü ana südünə daha oxşardır. Bu yanlış anlayışlara aydınlıq gətirmək üçün insan, inək və keçi südlərinin müqayisəsinin nəticələrini bilmək gərəkdir. Aile.lent.az vib.az-a istinadən müqayisəni təqdim edir:
- İnsan südündə yağlar inək və keçi südündəkindən daha çoxdur.

- İnsan südündə karbohidratlar inək və keçi südündəkindən daha çoxdur.

- İnsan südündə zülallar inək və keçi südündəkindən daha azdır. Məhz bu miqdarda zülal insan övladının unikal zülal ehtiyaclarına tam uyğundur. Belə ki, lazımından artıq zülal hələ tam formalaşmamış körpə böyrəklərinə ciddi yükdür.

- İnsan südündə bütün lazım olan növ vitaminlər (D vitaminindən başqa) və minerallar mövcuddur. İnsan südü ilə müqayisədə inək və keçi südündə dəmir və mis daha azdır. Lakin insan südündən kalsium və fosforun miqdarına görə daha zəngin olan inək və keçi südü körpənin hələ tam formalaşmamış böyrəklərinə ifrat miqdar ilə ziyan vura bilər.
Məhz bu səbəbdən körpələrə ana südü və ya süni qidadan əlavə inək və ya keçi südünün verilməsi məsləhət deyil. Dr. Alan Greene qeyd edir ki, uşaqların sağlamlığına verdiyi faydaya görə sözsüz ki, keçi südü inək südündən qat-qat irəlidədir və 1 yaşdan yuxarı uşaqların bir çox qidalandırıcı ehtiyaclarını ödəməyə qadirdir. Bütün pediatrlar yekdil olaraq valideynlərə keçi südünü uşaqlara 1 yaşından sonra verilməsini tövsiyə edirlər.
Məlumdur ki, keçi südünün bir çox faydaları onu inək südündən daha üstün edir. Dr. Sears keçi südünün aşağıdakı üstünlüklərini sadalayır:
- Tərkibindəki turş yağların zənginliyi səbəbilə həzm üçün daha asandır.

- Fərqli zülal tərkibinə görə həzm prosesi daha tez və rahat gedir.

- Tərkibində daha az allergenlər aşkar edilmişdir.

- Tərkibində laktoza dözümsüzlülüyünə səbəb olan maddələr daha azdır.

Baxmayaraq ki, inək və keçi südünün mineral tərkibi ümumən oxşardır, lakin miqdar cəhətdən keçi südü mineral və vitaminlərlə daha zəngindir.

Övladları üçün sağlam keçi südü seçimində valideynlərə bir sıra tövsiyələrimiz var:
Süd təbii yemlə qidalandırılan keçilərdən əldə olunmalıdır.
Keçilərə profilaktika üçün nəzərdə tutulan güclü antibiotik preparatlar verilməməlidir.
Sağılmış südün ultra pasterizə (135 dərəcədən yüksək) olunmamalıdır ki, tərkibində olan qidalandırıcı maddələr parçalanıb faydasını itirməsin. Bu səbəbdən "Ketchi" istehsal etdikləri südü 82-83 dərəcədə pasterizə edir.

Südün tərkibində məhsulun rəf həyatını uzadan kimyəvi qatqılar olmamalıdır. Təbii qatqısız keçi südü düzgün hərarətdə saxlandığı halda 7 gündən uzun ömrü yoxdur.

Keçi südü şüşə qablaşdırmada daha dadlı və faydalı olur. Plastik qablaşdırma südün təravətini qorusa da, şüşə bağlamalara daha çox üstünlük verilməlidir.