» » 80 il öncə atdığı qızından zəng - "Salam, ana"

80 il öncə atdığı qızından zəng - "Salam, ana"

80 il öncə atdığı qızından zəng - "Salam, ana"

ABŞ-da 1933-cü ildə qızından imtina edən qadın aradan 80 il keçəndən sonra qızı ilə görüşüb.

83 yaşlı Dorien Hamman 99 yaşlı Eylen Vaqnerə zəng edərək deyib: "Salam, ana".

Viskonsin ştatının sakini olan Vaqner 16 yaşında təcavüz nəticəsində hamilə qalıb. O, qızını dünyaya gətirib və onu bir ailəyə verib. Ana-balanın görüşməsinə isə Hammanın gəlini səbəb olub. O, qayınanasının övladlığa verilməsi ilə bağlı sənədləri araşdıranda onun anasının kimliyini və əlaqə nömrələrini internet vasitəsilə tapıb üzə çıxarıb. Vaqner və Hamman bir neçə dəfə telefonla danışıblar və 2016-cı ilin aprelində görüşüblər. Qadının bioloji anası ona baş verənləri belə izah edib: "Həmin illərdə belə bir hadisənin yaşanması rəsmən rəzillik idi".

Hamman isə deyib ki, bu yaşında belə anasının sağ olması onun üçün təəccüblü hadisədir. Vaqner isə heç zaman ərinə və oğlanlarına təcavüzə uğraması və birinci uşağının olması barədə heç nə deməyib. Onun əri 2006-cı ildə dünyasını dəyişib. Amma qızının zəngindən sonra o, uşaqlarına öz keçmişi barədə danışmaq zorunda qalıb: "Mən düşünürdüm ki, belə bir gün heç vaxt gəlməyəcək və mən öz qızımı tanıya bilməyəcəm. Amma hətta yuxular da bir gün gerçəkləşə bilir".

Bu mayda ana-bala birgə Analar Gününü qeyd ediblər. Bundan başqa, Eylen qızını mayın 30-da keçiriləcək 100 illik yubileyinə də dəvət edib. Hamman ad gününə ərini, oğlunu, gəlinini və nəvəsini gətirəcək.(lent.az)