» » Dünyanı şoka salan hadisə - Ata və ana övladlarını meşədə... - VİDEO - FOTO

Dünyanı şoka salan hadisə - Ata və ana övladlarını meşədə... - VİDEO - FOTO

Dünyanı şoka salan hadisə - Ata və ana övladlarını meşədə... - VİDEO - FOTO

Bu oğlanın taleyi indi milyonlarla insanı narahat edir. Yaponiyada minlərlə telekanal, sayt, radiostansiya onun barəsində sürəkli xəbərlər verir. Daha doğrusu, onun hələ də tapılmaması barədə.

Söhbət 7 yaşlı Yamato Tanukadan gedir.

Ucarliyiq.biz milli.az-a istinadən bildirir ki, bu oğlan Hokkaydonun şimalında, Nanae adlı dağlıq bölgədə itkin düşüb. Yamatonu indi 2400 polis, xilasedici, hərbçi və yanğınsöndürən axtarır. Axtarışlara 3 təyyarə və 18 helikopter də cəlb olunub.
Hər şey üç gün əvvəl başlanıb. Yamatonu valideynləri meşəyə gəzməyə aparmışdılar. Lakin burada o, "dəcəllik və tərbiyəsizlik" etməkdə suçlanıb. Atası və anası Yamatonu meşədə qoyaraq qəsəbəyə geri qayıdıblar.

TV Asashi bildirir ki, yalnız 8 saatdan sonra Yamatonun anasının ürəyi yumşalıb, oğlunu evə qaytarmaq fikrinə düşüb.

Lakin o, Yamatonu qoyub gəldikləri yerə yollananda oğlunu görməyib.

Yamatonun anasını oğlanın atası və böyük bacısı da müşayiət edirdilər.

"Əməlimə görə çox peşmanam. Sadəcə, oğlumu cəzalandırmaq istəyirdim. İndisə oğlum yoxa çıxıb. Çox peşmanam", - Yamatonun atası deyib.

Nanae şəhərinin meri Misuri Vakayamanın dediyinə görə, 7 yaşlı oğlana görə çox narahatdır: "Bu meşələrdə ayılar da var. Balaca Yamatonu mümkün qədər tez tapmalıyıq".