» » Ana: "Qızımı pis qələmə vermişdilər" - VİDEO - FOTO - YENİLƏNİB

Ana: "Qızımı pis qələmə vermişdilər" - VİDEO - FOTO - YENİLƏNİB

Ana: "Qızımı pis qələmə vermişdilər" - VİDEO - FOTO - YENİLƏNİB

Ötən gün Samux rayonunda baş verən dəhşətli qətl hadisəsi geniş ajiotaja səbəb olub. Ailənin yaxınları və kənd sakinləri hadisə ilə bağlı müxtəlif ehtimallar səsləndirirlər.

Ucarliyiq.biz-ın KəpəzTV-yə istinadən xəbərinə görə, mərhumun yaxınları danışıb.

Mərhumun övladı: "Biz anamla yemək yeyirdik, dayım gəldi anamı vurdu, nə qədər itələdim qaçmadı".

Mərhumun anası Elnaz Həsənovanın sözlərinə görə, bacı ilə qardaş arasında münaqişə bir neçə aydır başlayıb. Hər dəfə övladlarını barışdırmağa çalışan ana bu dəfə əlacsız qalıb. Ana ilə yanaşı, ailənin qohumları da bacı-qardaşın mübahisəli həyat yaşadıqlarını gizlətmir.

Elnaz Həsənova bu barədə belə deyir: "Bunlar düşmən kimi yaşayırdılar. Düzdür arada bir danışırdılar, amma düşmən olaraq qalırdılar. Çünki bunu o qədər yoldan çıxarıblar, qızı pis qələmə veriblər".

Bəyaz Həsənova- mərhumun xalası: "Bu, içkili olub. Bu içkili olanda çox pis olur".

Qeyd edək ki, bir neçə ay öncə həyat yoldaşından ayrılan Gülnarə Həsənova evdə 3 övladı ilə birgə yaşayırmış. Bacı qatili olan qardaşın əməlinə hüquq-mühafizə orqanlarının araşdırmasından sonra qiymət veriləcək.