» » Ana olmağa hazırlaşan Xuraman: "Övladımın atası indidən uşağa ev də verib" - FOTO

Ana olmağa hazırlaşan Xuraman: "Övladımın atası indidən uşağa ev də verib" - FOTO

Ana olmağa hazırlaşan Xuraman: "Övladımın atası indidən uşağa ev də verib" - FOTO

Tanınmış aktrisa Xuraman Əlizadə son günlər haqqında yayılan şayiələrə aydınlıq gətirib. Ana olmağa hazırlaşan aktrisa onu dünyaya nikahsız övlad gətirməkdə suçlayan insanlara cavab verib. Ucarliyiq.biz məşhurun milli.az-a verdiyi müsahibəsini sizə təqdim edirik.

- Xuraman xanım, yəqin ki, son günlər haqqınızda yayılan şayiələrdən xəbəriniz var. Amma siz susdunuz və haqqınızda yazılanlara ətraflı münasibət bildirmədiniz. Səbəb nə idi?

- Sözün düzü, müsahibə vermək istəmirdim, bu mövzuda danışmağı özümə ayıb bilirəm. Saytlarda yazıblar ki, Xuraman nikahsız uşaq dünyaya gətirməyə hazırlaşır. Hər bir şey qayda-qanunla və nikahla olub. Sadəcə bircə toy olmayıb. Burada nə var ki? Bizim üçün toy önəmli deyildi. Guya toy ilə, adət-ənənə ilə gəlin köçən qızlarımızın ailəsində söz-söhbət olmur? Əsas sevgi və ailələrin verdiyi xeyir-duadır. Bunlar da, şükür Allaha, var.

- Bəlkə, şayiələrin yayılmasına səbəb hamiləliyinizi gizlətməyiniz idi?

- Bəlkə də. Sadəcə böyük var, kiçik var deyə adam utanır. Məcbur olub bu açıqlamanı verirəm, danışmayanda da, abrını gözləyəndə də deyirlər ki, ortalıqda nəsə var. Övladımın atası da var, soyadı da. Hətta atası indidən uşağa ev də verib. Sənət insanları haqqında yazanda, elə bil ki, bir düşmən haqqında yazırlar. Birincisi, mən heç kimə hesabat verəsi halda deyiləm ki, nikahla ailə qurmuşam, ya yox. İkincisi də əgər hesabat verməliyəmsə, bilsinlər ki, hər şey nikahladır. Əgər çəkinsəydim, heç bu müsahibəni verməzdim. Mən tam rahat şəkildə danışıram, çünki hər iki tərəf bu izdivaca razıdır.

- Yoldaşınızın bu cür şayiələrə reaksiyası necə oldu?

- Yoldaşım deyir ki, kim nə deyir-desin. Əsas göydə Allah, yerdə yaxınlarım və ailəmdir. Deməli, mən yaşayıram ki, mənim haqqımda danışırlar. Hətta o məni əsəbləşməyə belə qoymur.

- Yoldaşınız sənət adamıdırmı?

- Xeyr, o incəsənətdən tam uzaq biridir. Kim olduğunu və harada çalışdığını açıqlamaq istəmirəm.

- Səhhətiniz necədir?

- Səhhətim yaxşıdır. Şükür Allaha, hər şey qaydasındadır. Allah ana olmaq istəyən hamını dardan qurtarsın. Bu ramazan ayında hər bir kəs öz arzusuna çatsın. Həqiqətən çox sevincliyik.

- Maraqlıdır, Xuraman qız anası olmaq istəyər, yoxsa oğul?

- Siz inanın ki, nə mənim üçün, nə də mənim həyat yoldaşım üçün bunun heç bir önəmi yoxdur. Allah verən paydır. Cinsiyyəti bilinsə, bunu heç kimdən gizlətməyəcəyəm. Nə olacaqsa, hamısını biləcəksiniz.

- Bir müddət öncə sənətinizdəki durğunluqdan şikayətlənirdiniz. Sevinirsinizmi bu durğunluq ana olmağınızla üst-üstə düşdü?

- Allah bir yandan qapını bağlayanda bir yandan açır. Yetər ki, ürəyin təmiz olsun. Bu yaxınlarda bir filmə və bir verilişə aparıcı kimi dəvət aldım, amma vəziyyətimlə bağlı gedə bilmədim.

- Ana olandan sonra, yəqin ki, sənətinizdən bir müddət uzaq düşəcəksiniz. Sizə çətin olmazmı?

- Hal-hazırda elə bir hiss yaşayıram ki, heç nə üçün darıxmıram. Özüm-özümə qapanmışam, başqa heç nə düşünə bilmirəm. Bu haqda indidən danışmaq çox çətindir. İnşallah, ana olandan sonra da sənətimi davam etdirəcəyəm, heç vaxt aktrisalıqdan əl çəkmərəm. Çünki mən bu sənətsiz yaşaya bilmərəm.