» » 26 ay ərzində 6 uşaq doğdu - Qəhraman ana

26 ay ərzində 6 uşaq doğdu - Qəhraman ana

26 ay ərzində 6 uşaq doğdu - Qəhraman ana

Amerikanın Kanzas şəhərində yaşayan cütlüyün 26 ay ərzində üç əkizi (6 körpə) dünyaya gəlib.

Onlar ilk uşaqlardan birini itirib, buna səbəb səhhətindəki problemlər olub. 20 yaşlı ana Daneşi Kauç deyib ki, insanlara analığı barədə danışanda hər kəs ona möcüzə kimi yanaşır. Məlumatda həmçinin qeyd olunur ki, cütlük sentyabrda toy edəcək. Onlar hələ ki növbəti hamiləliyi planlaşdırmırlar.

Qadın bildirib ki, onların ailəsinin maddi dəstəyə ehtiyacı var. Belə ki, hazırda beş uşağa baxmaq üçün cütlük Gofundme meydanında ianə yığımı təşkil edib. İndiyə qədər cütlük 1.3 min dollar vəsait toplaya bilib.

Məşhur əkizlərin dünyaya gəlişinə dair daha bir maraqlı fakt: Çinin Şandun əyalətində bir qadın dörd uşaq dünyaya gətirib və onları Şimal, Cənub, Qərb, Şərq adlandırıb. (musavat.com)