» » 38 ildən sonra qaçırılmış körpəsini tapan ana - VİDEO

38 ildən sonra qaçırılmış körpəsini tapan ana - VİDEO

38 ildən sonra qaçırılmış körpəsini tapan ana - VİDEO

Ömrünü, ayrı düşdüyü oğlunu axtarmaqla keçirən ana, doğma övladına 38 il sonra qovuşdu.

Argentinada diktatura dövründə yeni dünyaya gətirdiyi körpəsi əlindən alınan Sara adlı qadın, nəhayət həyatının ən sevindirici xəbərini alıb. Onun oğlunun axtarışına çıxan insan hüquqları dərnəyi, DNK analizləri nəticəsində neçə il öncə qaçırılan uşağı tapıb.

1976-cı ildə həbsxanada dünyaya gələn Mario Bravo anasının əlindən alınaraq kommunist olmayan bir ailəyə övladlığa verilib. Heç vaxt əsl anasının kim olduğunu bilməyən Mario, baş verənlərdən xəbərsiz böyüyüb boya-başa çatıb. Ailə həyatı qurub, hətta artıq 40-cı doğum gününü qeyd etməyə hazırlaşır. Amma Buenos Ayresdə fəaliyyət göstərən "Plaza da Mayo nənələri" adlı qurum, böyük sirrin üstünü açıb. Mario Bravonun əslində Sara adlı qadının övladı olduğunu üzə çıxaran könüllülər, ana ilə övladını 38 il sonra ilk dəfə bir araya gətirib.

Emosional görüntülərlə yadda qalan görüşdə anasının indiyədək yaşamasının möcüzə olduğunu deyən Mario, onu dünyaya gətirən qadınla qovuşduğu üçün çox sevindiyini bildirib.

Əslində Mario Bravo başqasının övladı olduğundan hələ 8 il əvvəl şübhələnibmiş. 2007-ci ildə müxtəlif analizlər verən Marionun DNK nümunələri, diktatura illərində övladlarını itirən qadınların oxşar nümunələri ilə müqayisə olunduqdan sonra, onun Saranın oğlu olduğu təsdiqlənib.

Ana ilə övladını qovuşduran təşkilat artıq 119-cu dəfədir ki, insanları sevindirən araşdırmaya imza atıb. Axtarışlara bundan sonra da davam edəcəklərini deyən könüllülər, insanların qovuşması üçün əllərindən gələni edəcəklərini bildirib.