» » Lukaşenko Putin və Ərdoğana müraciət etdi: Vəziyyəti gərginləşdirməyin

Lukaşenko Putin və Ərdoğana müraciət etdi: Vəziyyəti gərginləşdirməyin

Lukaşenko Putin və Ərdoğana müraciət etdi: Vəziyyəti gərginləşdirməyin

“Səhvlər qaçınılmazdır”.

Belarus prezidenti Aleksandr Lukaşenko neytrallıq siyasətinə həsr olunmuş beynəlxalq konfransda çıxış edərkən Rusiya və Türkiyəni bir-birinə qarşı heç olmasa yarım addım atmağa və ölkələr arasında mehriban qonşuluq münasibətlərini bərpa etməyə çağırıb.

ucarliyiq.biz bu barədə RİA “Novosti”yə istinadən xəbər verir.

“Səhvlər qaçınılmazdır və onları daha da dərinləşdirmək deyil, həll etmək lazımdır, güzəştlərə və kompromisə getmək lazımdır. Bu, Rusiya və Türkiyə arasında yaranan son münaqişəyə də aiddir”, - o deyib.

Dövlət başçısı qeyd edib ki, vəziyyəti gərginləşdirmək yox, bir-birinə qarşı heç olmasa yarım addım atmaq üçün imkan tapmaq lazımdır. O zaman bu xalqlar və ölkələr arasında olan mehriban qonşuluq münasibətləri mütləq bərpa olunacaq.  

Daha öncə Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bəyan etmişdi ki, Türkiyə Rusiyanı sakit olmağa çağırır.

Xatırladaq ki, noyabrın 24-də Rusiyanın Su-24 bombardmançısı Türkiyə sərhəddindən 1 km aralıda Suriyanın Latakiya əyalətində Türkiyə təyyarəsi tərəfindən vurulub.