» » Şəkidə IV Beynəlxalq Qafqaz Motofestivalı keçirildi - FOTO

Şəkidə IV Beynəlxalq Qafqaz Motofestivalı keçirildi - FOTO

Şəkidə IV Beynəlxalq Qafqaz Motofestivalı keçirildi - FOTO

The Beatles" qrupunun tributu da iştirak edib.

Avqustun 28-30-da Azərbaycanın qədim şəhərlərindən olan Şəkidə IV Beynəlxalq Qafqaz Motofestivalı keçirilib.

ucarliyiq.biz xəbər verir ki, avqustun 28-də axşam Şəki Olimpiya İdman Kompleksində festivalın açılış mərasimi keçirilib.

"Harley Davidson" "Baku HOG Azerbaijan", Şəki Şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Çingiz Mustafayev Fondunun birgə təşkilatçılığı ilə keçirilən festivalda dünyanın müxtəlif ölkələrindən gələn baykerlər iştirak ediblər.

Mərasim "Natiq" ritm qrupunun ifasında şou ilə başlanıb. Onların festivala gəlmiş baykerlərlə birgə təqdim etdiyi qeyri-adi ritmlər, motorların qulaqbatıran gurultusu tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.

Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev çıxış edərək Şəkinin artıq beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi bir məkana çevrildiyini vurğulayıblar.

Daha sonra mərasimdə dünya şöhrətli "Elvis Presli" və "Kiss" qruplarının çıxışı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Festivalın növbəti günü Şəkidə Milli Qəhrəman Çingiz Mustafayevin ad günü münasibətilə baykerlərin bir kilomterlik yürüşü keçirilib. Sonra konsert verilib.

Zəngin və rəngarəng proqramlı Motofestivalın açılışı Milli Qəhrəman Çingiz Mustafayevin doğum gününə təsadüf edib. Çingiz Mustafayevin sevimli qrupu olan "The Beatles" qrupunun tributu da iştirak edib. Festivalın bağlanış mərasimində dünya şöhrətli "Lady Qaqa", "Beatles" qrupunun tributlarının və xarici DJ-lərin, "Natiq" ritm qrupunun musiqiləri olub. Milli ritmlərlə başlayan festival milli ritmlərlə də baş çatıb.

Şəkidə IV Beynəlxalq Qafqaz Motofestivalı keçirildi - FOTO