» » Hər ərik tumu 1 milyonluq sərvət imiş

Hər ərik tumu 1 milyonluq sərvət imiş

Hər ərik tumu 1 milyonluq sərvət imiş

Yəqin ki, bu yay kifayət qədər ərik yemisiniz və hər dəfə də çəyirdəklərini atmısınız.

Bəs ərik çəyirdəyinin sərvət dəyərində olduğunu bilsəydiniz, yenə bu səhvinizi təkrarlayardınızmı?

Bəli, doğru anladınız, sağlamlıq üçün ən faydalı meyvələrdən biri olan əriyin çəyirdəyi də əsl şəfa mənbəyidir. Bu meyvənin çəyirdəyinin ehtiva etdiyi B17 vitamininin 1 kilosu 1 milyon dollara satılır. B17 vitamini xərçəngin qarşısını alan ən təsirli vasitə hesab edilir. Bu vitamin ərik çəyirdəyinin içərisindəki ləpədən əldə edilir. Gündə 3 ədəd ərik ləpəsi yeyərək xərçəngə yaxalanmaq riskini xeyli azaltmaq olar. Bundan artiq miqdarda ərik ləpəsini yemək, güclü zəhərlənmə ilə nəticələnə bilər.

Həmin ləpədən əldə edilən yağ da sağlamlıq üçün faydalıdır. Çünki doymamış yağdır və tərkibində bol miqdarda E vitamini var. Sözügedən yağ xolesterinin səviyyəsini aşağı salır, qəbizliyi aradan qaldırır, mədəyə yaxşı təsir edir. Qırışları azaltmaq, yuxusuzluğu və stressi aradan qaldırmaq üçün də bu yağdan istifadə etmək olar. //Publika.az