» » Qadınlar haqda bilmədikləriniz

Qadınlar haqda bilmədikləriniz

Qadınlar haqda bilmədikləriniz

Zaman-zaman kişilər qadınların emosianal və anlaşılmaz olduğunu iddia edir.

Ucarliyiq.biz qadınlarla bağlı bəzi maraqlı detalları təqdim edir:

Qadınlar hər zaman diqqət gözləyər

Qadınlar hər zaman diqqətdə olmağı və onlara qayğı göstərilməyi sevir. Qadınların psxologiyasında "mesaj yazmırsa, zəng etmirsə" maraqlanmır deməkdir. Təbii ki, bu maraq da qədərində olmalıdır.

Çox danışarlar, amma hər şeyi də danışmazlar

"Qadınlar çox danışırlar" deyənlərin diqqətinə. Bu sözlər arasında gizli mesajlar var və qadınlar qarşı cinsdən bunun diqqətə alınmasını gözləyirlər.

Qədərində qısqanılmaq xoşlarına gəlir

Sahiblənilmək və sevdiyini qısqanmaq təbii ki, xoşa gələn bir şeydir. Amma bu həddindən artıq olunca qadın soyur və getdikcə sevgisi nifrətə dönməyə başlayır. Bunun üçün də çalışın tarazlığı hər zaman qoruyasınız.

Əvvəlki sevgilinizdən bəhs etməyin

Mümkünsə əvvəlki sevgilinizlə olan xatirələrinizdən onun yanında bəhs etməyin. Ümumiyyətlə, xatirələrinizi bir çəkməcəyə qoyub gizlədin, ya da od vurub yandırın.