» » Şeyx Həmədani "Heydər" məscidini ziyarət edib - Video

Şeyx Həmədani "Heydər" məscidini ziyarət edib - Video

Şeyx Həmədani "Heydər" məscidini ziyarət edib - Video

Bakıda səfərdə olan İran İslam Respublikasının tanınmış din xadimi Ayətullahül-üzma Şeyx Hüseyn Nuri Həmədani Bütün Qafqaz Şeyxi Hacı Allahşükür Paşazadə ilə birgə Bakıda Şəhidlər xiyabanını ziyarət edib.
ANS TV-nin məlumatına görə, Şeyx Həmədani şəhidlərin ruhuna dualar oxuyub. Daha sonra Şeyx Qafqazın ən böyük məscidi "Heydər" məscidini ziyarət edib.
Din xadimi gün ərzində Bibiheybət və Təzə Pir məscidlərini də ziyarət edib.
İranlı müctəhidin sentyabr 4-dək davam edəcək səfəri çərçivəsində Şamaxıda Cümə məscidi ilə tanış olacağı, Gəncə şəhərində isə Nizami Gəncəvi məqbərəsini, Şah Abbas məscidini və İmamzadə kompleksini ziyarət edəcəyi gözlənilir.
Ayətullah Həmədaninin Azərbaycana səfəri iki qonşu ölkə arasında mədəni-dini əlaqələrin inkişafına təkan verəcək.

Mənbə: Ans</span