» » Oturaq işdə çalışanları gözləyən TƏHLÜKƏ

Oturaq işdə çalışanları gözləyən TƏHLÜKƏ

Oturaq işdə çalışanları gözləyən TƏHLÜKƏ

Müasir insanların əksər hissəsi oturaq həyat tərzi keçirir. Xüsusilə bu, böyük şəhərlərdə yaşayanlara aiddir.
Şəhərlərdə yaşayan insanların işi bir çox hallarda kompüterlə bağlıdır ki, insan günün bir çox hissəsini kompüterin arxasında oturmağa məcburdur.
Bu yaxınlarda İngiltərə alimləri günün bir çox hissəsini oturaq vəziyyətdə olan (ofis, bank işçiləri, sürücülər və s.) insanların sağlamlığı ilə bağlı geniş araşdırmalar aparıblar. Araşdırmaların nəticələri alimləri çox məyus edib.

Həkimlərin fikrinə görə, oturaq həyat tərzi insanın həyatını 20%-ə qədər qısaldır. Bunun səbəbi isə oturaq həyat tərzi nəticəsində inkişaf edən müxtəlif xəstəliklər və pozulmalardır.
Belə ki, insan uzun müddət ərzində oturanda onun bədəninin aşağı hissəsində əzələlər və damarlar sıxılır və nəticədə qan dövranı kəskin pozulur. Qanın orqanizmdə normal dövr etməsi sağlamlıq üçün çox vacibdir. Qan orqan və sistemlərə qidalı maddələri və oksigeni daşıyır. Qan dövranı pozulduqda orqanlar daha az oksigen və qida alır ki, bu onlarda pozulmaların inkişafına yol açır. Bundan əlavə orqanlarda durğunluq yaranır. Durğunluq isə iltihabların əsas səbəbidir.

Kişilərdə prostatit və cinsi zəifliyi, qadınlarda cinsiyyət sistemi pozulmaları və iltihablar, mədə-bağırsaq sistemi pozulmaları və xəstəlikləri (həzm problemləri, qəbizlik, hətta yoğun bağırsağı xərçəngi), babasil, varikoz və s. - bütün bunlar oturaq həyat tərzinin acı nəticələridir.
Oturaq həyat tərzi bədən çəkisinin artmasına səbəb olur. Bədən çəkisinin artması isə ürək-damar, maddələr mübadiləsi, endokrin və s. xəstəliklərinə yol açır.
Uzun müddət ərzində oturaq vəziyyətdə olan insanın onurğa sütunu çox güclü yükləmələrə məruz qalır ki, onurğada pozulmalar yaranır. Bu isə osteoxondrozun inkişafına səbəb olur.
Müasir insanlarda boyun, bel, baş ağrılarının səbəbi bir çox hallarda məhz uzun müddət ərzində oturmaq olur.
Həkimlər oturaq işlə məşğul olan insanlara daha tez-tez (hər 1 saatdan bir 5-10 dəqiqə ərzində) durmağı, bir qədər gəzməyi, sadə fiziki hərəkətlər etməyi tövsiyə edirlər.