» » Robert De Niro Bakıda restoran açır

Robert De Niro Bakıda restoran açır

Robert De Niro Bakıda restoran açır

Robert De Niro "Nobu" şəbəkəsini Bakıya gətirir

Məşhur aktyor, prodüser və "Oskar" mükafatı laureatı Robert De Niro Bakıda "Nobu" şəbəkəsinin restoranını açmağı planlaşdırır.

Ucarliyiq.biz-ın məlumata görə, De Niro bildirib ki, o, indiyədək bircə dəfə də Bakıda olmayıb. "Amma şəhəriniz haqqında çox eşitmişəm. Mənə deyiblər ki, Bakı çox gözəldir".

Aktyor onu da qeyd edib ki, vaxtını hələ tam dəqiqləşdirməsə də, amma tezliklə Bakıya gələcək və bu planı gerçəkləşdirəcək.
Xatırladaq ki, Hollivud ulduzu Robert De Niro bir qədər əvvəl yapon aşpaz Nobu Matsuxisa ilə birgə Moskvada yerləşən və azərbaycanlı milyarder Araz Ağalarova məxsus "Crocus City Mall"da məşhur "Nobu" şəbəkəsinin restoranını açmışdı.
Xatırladaq ki, ilk "Nobu" restoranı 1994-cü ildə Nyu-Yorkda açılıb. Hazırda "Nobu" imperiyasına 28 şəhərdə - London, Las-Veqas, Melburn, Tokio, Pekin, Mayami və s. 33 restoran daxildir.