» » Yeni televiziya yaradılır, seriallar çəkiləcək

Yeni televiziya yaradılır, seriallar çəkiləcək

Yeni televiziya yaradılır, seriallar çəkiləcək

ABŞ-ın "Apple" korporasiyasının tərtibatçıları şəxsi televiziyanın və televiziya seriallarının yaradılmasına başlamaq niyyətindədir.

Soxeber.az bildirir ki, belə bir məlumat şirkətin rəsmi saytında dərc edilib.

"Apple" növbəti ilin əvvəlindən özünün şəxsi televiziya və Hollivud səviyyəli serialların çəkilişləri üçün xidmətini istifadəyə verəcək. Bunlara çıxışı isə korporasiyanın zavodlarında tərtib edilmiş avadanlıqlar olduqdan sonra əldə etmək mümkün olacaq.

Yeni striminq video xidmətinin rəsmi anonsu bu ilin sentyabr ayına təyin edilib. Eyni zamanda həmin vaxt yeni "iPhone 7" mobil telefonunun təqdimatı da baş tutmalıdır. Yeni xidmətin istifadəyə verilməsi "Apple" şirkəti tərəfindən istehsal edilmiş televiziya cihazlarının satışını artırmağa yardım edə bilər.

Buna bənzər xidmət artıq "Amazon"un saytında mövcuddur. Burada "Aşkar" adlanan şəxsi serial da çəkilib. Xidmət "Amazon Prime" adlanır və bundan ancaq kanalın ödənişli abunəçiləri istifadə edə bilirlər.

"Apple" korporasiyasının nümayəndəliyi ötən ilin yay aylarından Amerikanın müxtəlif kinostudiyaları ilə danışıqlar aparır. Bu danışıqlar çərçivəsində abunəçilər üçün əlçatan olan "iTunes" xidmətinin inkişaf etdirilməsinə pul yatırımların mümkünlüyü müzakirə edilir.