» » 5 saylı marşrutun hərəkət istiqaməti dəyişdi

5 saylı marşrutun hərəkət istiqaməti dəyişdi

5 saylı marşrutun hərəkət istiqaməti dəyişdi

Dəyişikliklər olub.

Fevralın 4-ü axşam saatlarından etibarən Bakının müəyyən küçələrində avtomobillərin hərəkətinə qoyulmuş qadağa fevralın 6-ı səhər saatlarınadək davam edəcək. 

ucarliyiq.biz xəbər verir ki, bu səbəblə “BakuBus”ın 5 saylı marşrut xəttinin hərəkət istiqamətində müəyyən dəyişikliklər olub. 

Belə ki, 5 saylı marşrut avtobusları 20-ci sahədən “Azneft” meydanına qədər, əks istiqamətdə isə “Nərimanov” metrostansiyasının önündən “Sahil” metrostansiyasının önünə qədər hərəkət edəcəklər.

Qeyd edək ki, yarışdan öncə salınacaq və “Formula-1” yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

5 saylı marşrutun hərəkət istiqaməti dəyişdi