» » YouTube istifadəçiləri ödəniş edəcək

YouTube istifadəçiləri ödəniş edəcək

YouTube istifadəçiləri ödəniş edəcək

YouTube istifadəçilərini ödəniş etməyə məcbur edəcəklər.
Ucarliyiq.biz xəbər verir ki, dünyanın ən böyük video paylaşma sistemlərindən biri olan YouToube dövriyyəyə pullu kanalları daxil edir. Aylıq abunəni video çarxların müəllifləri 2015-ci ilin sonundan təklif edəcəklər.
YouTube pullu kanalları alır. Bu ilin sonundan video çarxların müəllifləri öz tamaşaçılarına pullu aylıq abunəni təklif edə biləcəklər. Bunun almaqla reklamsız videoya baxmaq və çarxlara girib baxmaq mümkün olacaq. Bu xidmət pullu kanallara abunə olmayan istifadəçilər üçün bağlı olacaq.
Yeni layihəyə hələ də start verilməsə də, YouTube-da artıq pullu abunə ilə 100-dən çox kanal var. Hələlik yalnız onlardan altısında istifadəçilərin sayı minə çatıb.
LiveInternet statistika xidmətinin sahibi German Klimenko bildirib ki, bu yoxlamanın bir hissəsidir, xidmət üçün pullu kanalların əlavə edilməsi səmərəli inkişaf yoludur.
YouTube dünyanın ən böyük video paylaşma sistemlərindən biridir. YouTube 2005-ci il fevralın 25-də 3 köhnə PayPal işçisi tərəfindən yaradılıb və 2006-cı ilin oktyabrında Google tərəfindən satın alınıb.

Mənbə: Ans</span