» » Qızıl dolu qatara aydınlıq gətirildi (VİDEO, FOTO)

Qızıl dolu qatara aydınlıq gətirildi (VİDEO, FOTO)

Qızıl dolu qatara aydınlıq gətirildi (VİDEO, FOTO)

Polşanın Mərkəzi Bankı ölkədə keçmiş nasist Almaniyasına məxsus qiymətli əşyalarla dolu qatar tapılması ilə bağlı məlumatın yalan olduğunu bəyan edib.
Ucarliyiq.biz xəbər verir ki, Bankın rəhbəri Marek Belka bunun tamamilə uydurma olduğunu bildirib. Polşa mədəniyyət nazirinin müavini ötən həftə belə bir qatarın tapılmasına demək olar ki, əmin olduğunu bəyan etmişdi.
Qızıl dolu qatara aydınlıq gətirildi (VİDEO, FOTO)

Marek Belka
Qızıl və digər qiymətli əşyalar olan qatarın keçmiş yeraltı tunellərdən birində olduğu bildirilirdi. Məlumatlara görə, Nasist Almaniyası qatarı Polşadan çıxarmaq istəyirmiş. Amma bu baş tutmayıb və qatar Polşa ərazisində qalıb.
Qızıl dolu qatara aydınlıq gətirildi (VİDEO, FOTO)

1945 ci illərdə istifadə olunan qatarlar
Bir müddət əvvəl yayılan xəbərlərdə Polşadan və Almaniyadan olan iki nəfər xəzinə axtaranın yerin altından qızılla dolu qatar tapdıqları iddia edilirdi.150 metr dərinlikdən tapılan qatarda 300 tona yaxın qızılın olduğu bildirilirdi. Məlumata görə, xəzinənin əsas hissəsini İkinci Dünya Müharibəsi zamanı həbs düşərgələrinə gətirilən əsirlərin üzükləri təşkil edib.
Qızıl dolu qatara aydınlıq gətirildi (VİDEO, FOTO)

Əsirlərin barmaqlarından çıxarılan üzüklər

Həmçinin oxuyun: Hitlerin qızılla dolu qatarı tapıldı (FOTO,VİDEO)

Mənbə: Ans</span