» » Polimelit peyvəndi inaktivasiya şəklində vurulacaq - Video

Polimelit peyvəndi inaktivasiya şəklində vurulacaq - Video

Polimelit peyvəndi inaktivasiya şəklində vurulacaq - Video

Valideynlər körpələrinin gələcəyi üçün ehtiyatı əldən verməməlidir. Peyvənd övladlarımızın sağlamlığı üçün vacib hesab olunur. Bu zaman uşaqlar xəstəliyə qarşı dözümlü olur. Elm və texnika inkişaf etdikcə vaksinlərin tərkibində müəyyən dəyişikliklər baş verir.
Polimelit vaksini uşaq dünyaya gələndən üç gün sonra uşaqlara tətbiq olunur. Bu damcı şəklində istifadə edilir.
Baş pediatr Nəsib Quliyevin sözlərinə görə, son bir neçə ildir ki, polimelitə qarşı hazırlanan damcı vaksinlərin əvəzinə inaktivasiya şəklində peyvəndin tətəbiqinə başlanacaq:
“Bu vaksin immuniteti gücləndirir, amma xəstəliyə səbəb olmur. Bu daha təkmil bir vaksin hesab olunur. Buna görə də belə bir qərar qəbul olunub ki, artıq bu ilin sonundan etibarən mərhələli şəkildə uşaqlarda polimelit vaksinasiyası inaktivasiya olunmuş vaksinlə həyata keçirilsin”.
Həkim Adil Qeybullanın sözlərinə görə, peyvənd genefondun təhlükəsizliyi üçün çox vacibdir. Sümüklərin düzgün formalaşması üçün bu peyvənd insan orqanizmi üçün faydalı hesab olunur.
Həkim Adil Qeybulla deyir ki, polimelit virusu skelet probleminə aşağı ətrafların qüsurlarına gətirən bir virusdur.
Həkim onu da vurğuladı ki, polimelitin vurulma formaları fərqli ola bilər. Əsas odur ki, valideynlər övladlarını peyvənd etdirməklə onları haqlaya biləcək xəstəlikdən uzaq tuta bilərlər.

Mənbə: Ans</span