» » “Paxmel”in qarşısını necə almaq olar

“Paxmel”in qarşısını necə almaq olar

“Paxmel”in qarşısını necə almaq olar

“Paxmel”dən əziyyət çəkmirəm deyənlər, əslində az içənlərdir, alimlər bildirir.
Holland və Kanadalı alimlər qənaətə gəlmişlər ki, bərk sərxoşluqdan sonra süstləşmənin qarşısının alınmasının yeganə yolu az içməkdir. Tədqiqatçılar 800-dən çox tələbədən müsahibə götürərək onların “paxmel” əlamətlərindən necə azad olmağa çalışdıqları barədə sual vermişlər. Onların bəziləri yatmazdan əvvəl adi içməli su qəbul edir, digərləri isə yeməyə üstünlük verir. Müəyyən olunub ki, bunlardan heç biri gözlənilən nəticəni vermir, yəni ki, təsirsizdir. 826 holland tələbənin 54%-i deyib ki, çox içdikdən sonra üstündən yağlı yemək də kömək edir və adətən yatmazdan əvvəl və ya səhər yeməyi vaxtı su içmək daha effektlidir.
Müsahiblərin üçdə ikisi alkoqolla eyni vaxtda su içdiyini, lakin böyük əksəriyyət isə yatmazdan əvvəl bir stəkan içdiyini bildirib.
Bu insanlar arasında, “paxmel”ə qarşı heç bir tədbir görməyənlər özlərini tədbir görənlərdən daha yaxşı hiss edib və onların süstlüyünün ağırlıq dərəcəsində o qədər də böyük fərq olmayıb. Əvvəlki tədqiqatlar görsətmişdi ki, içənlərin təxminən 25%-i vurğulayıb ki, onlar heç vaxt “paxmel”dən əziyyət çəkməyib.
Su kömək etmir
Tədqiqatçılar 789 kanadalı tələbədən müsahibə götürərək onların ötən ay nə qədər spirtli içki qəbul etdiyini və bundan sonra “paxmel”in necə ağır keçdiyini soruşublar. Aşkar olunub ki, sərxoşluqdan sonrakı süstlükdən əziyyət çəkmədiyini deyənlərin əslində az içmiş olanlardı.
Sərxoşluğun ertəsi günü qanında 0,2%-dən çox spirt konsentrasiyası tapılan şəxslər bu fenomendən yaxa qurtara bilmir.
Utrext Universitetinin doktoru Yoris Forsterə görə isə səbəb sadədir: "Nə qədər çox içsəniz, ertəsi gün “paxmel” olmaq ehtimalınız bir o qədər böyük olacaq."
"Su sizin susuzluğunuzu yatırmağa və ağızda quruluq hissindən qurtulmağa kömək edə bilər, lakin baş ağrısı, ürək bulanması və özünü pis hiss etmək kimi hisslərdən qurtulmağa kömək edə bilməz", o əlavə edib. O, həmçinin qeyd edib ki, hər bir şəxsin səhər başına gələ biləcək süstlük vəziyyətinin səbəbi spirtin miqdarıdır ki, bu da hər bir insan üçün individual olaraq dəyişir.
Təbiətin sirri
“Bütün bunlarla bərabər, problem ondadır ki, elm hələ də “paxmel”in dəqiq səbəblərini bilmir,” doktor Ferster deyir.
O qeyd edir ki, "tədqiqatçılar belə qənaətə gəlib ki, əsas səbəb orqanizmin susuzlaşmasıdır. Biz bilirik ki, belə hallarda immun sistemi işə düşür. Lakin biz bunun (sərxoşluqdan sonrakı süstlüyün) səbəbini bilmədən, onu müalicə edə bilmərik.
"London University College"in professori Michael Bloomfield bildirir ki, spirtli içkilərin həddən artıq qəbulu iqtisadiyyata milyardlarla zərər vurur.
"Buradan belə nəticə çıxır ki, biz sadə suala cavab tapmalıyıq: “paxmel”in qarşısını necə almaq olar?" o deyir.
"Əlavə tədqiqatlar tələb olunmasına baxmayaraq, aydındır ki, bu suala cavab da sadədir - az içmək lazımdır."
Holland və Kanadalı tədqiqatçıların nəticələri Avropa nevropsixofarmakologiya Kollecində keçirilmiş konfrans zamanı təqdim edilmişdir.

Mənbə: Ans</span