» » Bu günün tarixi (03.09.2015)

Bu günün tarixi (03.09.2015)

Bu günün tarixi (03.09.2015)

Miladi: 03 sentyabr 2015
Hicri: 19 Zilqədə 1436
İlin 246-cı günü
İlin sonuna 119 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 05.56
Günəş - 07.09
Zöhr - 13.44
Əsr - 17.55
Məğrib – 20.26
İşa – 21.48
1034 – Yaponiya imperatoru Qo-Sanco anadan olub (ö. 1073)
1260 – Ərəblər və məmlüklər arasında Ayn-Cəlut döyüşü baş vermişdir.
1588 – Gəncə qalası tikdirilib.
1683 – Osmanlı ordusu Bağdad səfəri üçün Diyarbəkirə toplanmışdır
1693 – Çarlz Redklif anadan olub – Britaniyalı siyasətçi (ö. 1746)
1783 – Britaniya ABŞ-ın müstəqilliyini tanımışdır
1783 – Qambiya İngiltərənin tabeliyinə keçmişdir
1791 – Fransada ilk konstitusiya qəbul olunmuşdur
1810 – Pol Keyn – Kanada rəssamı (ö. 1871)
1843 – ilk yunan konstitusiyası qəbul olunmuşdur
1859 – Şeyx Şamil Dağıstandan Sankt-Peterburqa gətirilmişdir
1869 – Fritz Preql – sloven kimyaçı, Nobel mükafatı laureatı (ö. 1930)
1869 – İstanbulda yeni nəqliyyat növü – konka istifadəyə verilmişdir
1875 – Ferdinand Porşe anadan olub – avstriyalı avtomobil mühəndisi (ö. 1951)
1897 – Bazeldə beynəlxalq sionist təşkilatının ilk qurultayı keçirilmişdir
1897 – Salli Benson anadan olub – amerikan yazıçısı (ö. 1972)
1899 – Frank Makfaleyn Börnet anadan olub – Avstraliya bioloqu, Fiziologiyada və ya Tibbdə Nobel mükafatçısı (ö. 1985)
1912 – Londonda dünyanın ilk konserv zavodu istifadəyə verilmişdir
1914 – Hərb tarixində ilk dəfə alman sualtı qayığı ingilis gəmisini batırmışdır
1914 – Amerikalı Meri Felips ilk büstqalteri hazırlamışdır, 1915-ci ildə isə onu patentləşdirmişdir
1928 – Aleksandr Fleminq penisillini kəşf etmişdir
1933 – Sovet alpinisti Yevgeni Abalakov Pamirin ən yüksək zirvəsinə – Stalin pikinə (7 495 metr) qalxmışdır
1939 – II Dünya Müharibəsi: ABŞ öz neytrallığını elan etmişdir
1943 – II Dünya Müharibəsi: İtaliya İkinci Dünya Müharibəsində təslim olmuşdur
1944 – II Dünya Müharibəsi: Brüssel faşist qoşunlarından azad edilmişdir
1952 – Türk bayrağı Ağrı dağının zirvəsinə sancılmışdır
1962 – İranda zəlzələ nəticəsində 12 000 nəfər həlak olmuşdur
1967 – İsveçrədə sağtərəfli hərəkətə keçilmişdir
1971 – Qərbi Berlinin statusuna dair SSRİ, ABŞ, Fransa, İngiltərə dördtərəfli sazişi imzalanmışdır
1978 – Viking-2 zondu Marsa enir
1995 – eBay saytı yaranmışdır
1996 – ABŞ İraq hərbi obyektlərinə zərbələr endirmişdir
2000 – Rafik Əl-Həriri Livanın baş naziri seçilmişdir
2004 – Beslanda girovlar azad edilməsi üçün keçirilən xüsusi əməliyyatda 344 nəfər həlak olmuşdur
2008 – Nikaraqua prezidenti Daniel Orteqa Abxaziya və Osetiyanın "müstəqilliyini" tanımışdır

Mənbə: Ans</span