» » Mehriban Əliyeva planetin ən parlaq xanımlar siyahısına düşdü - Foto

Mehriban Əliyeva planetin ən parlaq xanımlar siyahısına düşdü - Foto

Mehriban Əliyeva planetin ən parlaq xanımlar siyahısına düşdü - Foto

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adı planetin ən gözəl və ən şık prezident xanımı kimi hallanıb. Ucarliyiq.biz xəbər verir ki, məşhur "Kosmopolitan" (Cosmopolitan) jurnalı müxtəlif ölkələrin birinci xanımları barədə məqalə dərc edib. Məqalədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da adı var.
Оnlar müğənni və ya aktrisa deyillər, lakin bu xanımların da öz pərəstişkarları var. Qadınlar onların stilini kopyalayırlar, kişilər isə onların həyat yoldaşlarının yerinə olmağı arzulayırlar. Bu qəhrəmanlar — onlar bütün planet üzrə ən parlaq və şık birinci ledilərdir.
Mişel Obama
Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama - onu sadəcə Amerika liderinin xanımı kimi tanımırlar. Missis Obama artıq fəal sosial həyat tərzi ilə artıq çoxdan öz ərini kölgədə qoyub: o, yumor şoularında iştirak edir, əla rəqs edir, rep oxuyur.
Mehriban Əliyeva planetin ən parlaq xanımlar siyahısına düşdü - Foto

Mişel Obama və həyat yoldaşı, ABŞ prezidenti Barak Obama.
Valeri Triyerveyler
Fransa prezidenti Fransua Olandın keçmiş həyat yoldaşı. 2012-ci ildə madam Triyerveylerin üzərinə ağır missiya düşür — birinci xanım postunu ölkənin keçmiş birinci ledisi, model və müğənni Karla Brunidən qəbul etmək. Valeri model deyil, jurnalist və teleaparıcıdır, lakin ölkə vətəndaşlarının qəlbini dəb zövqü ilə və özünün şəxsi dramı ilə əla almağı bacarıb. İlyarım bundan əvvəl Valeri ərinin xəyanıtindən xəbər tutduqda xəstəxanaya düşür. Prezident Fransua Oland aktrisa Jüli Qayla eşq yaşayırdı... Nəticədə bu ilin yanvar ayının sonunda prezidentin vətəndaş nikahı pozulur.
Mehriban Əliyeva planetin ən parlaq xanımlar siyahısına düşdü - Foto

Valeri Triyerveyler - Fransa prezidenti Fransua Ollandın keçmiş həyat yoldaşı.
Mehriban Əliyeva
Azərbaycan prezidenti İlham Əliyevin həyat yoldaşı - ağıllı və gözəl Mehriban. Birinci xanım ölkənin ən hörmətli, sayılıb-seçilən — yazıçı Mir Cəlal Paşayevin nəvəsi və Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin qızıdır. Mehriban xanım öz nəslini ləyaqətlə davam etdirir: Seçenov adına Moskva Tibb Universitetini qırmızı diplomla bitirib. Hələ tələbə ikən gələcək prezidentlə ailə həyatı qurur. Cütlüyün üç uşağı var.
Mehriban Əliyeva peşəsi üzrə Moskvada göz xəstəlikləri elmi-araşdırma institutunda işləyib, sonra isə xeyriyyəçiliklə məşğul olub. Bu fəaliyyətinin nəticəsi olaraq Heydər Əliyev Fondunu yaradır və hazırda Fondun prezidentidir. Azərbaycanın birinci xanımı hazırda BMT-nin və YUNESKO-nun xoşməramlı səfiridir. Və əlbəttə ki, ölkənin ən tərzli xanımıdır.
Mehriban Əliyeva planetin ən parlaq xanımlar siyahısına düşdü - Foto

Mehriban Əliyeva - Azərbaycan prezidenti İlham Əliyevin həyat yoldaşı
Əsma Əsəd
Suriya prezidenti Bəşər Əsədin xanımı Əsma Əsəd — etnik suriyalıdır, amma gələcək birinci xanım Londonda doğulub və böyüyüb. Əsmanın anası diplomatdır. Əsma sevgisi naminə Britaniya paytaxtını və beynəlxalq investisiya banklarındakı uğurlu karyerasını buraxıb Suriyaya gəlməyə razılaşır. 2000-ci ildə vətəninə qayıdaraq ölkəsinin birinci xanımı olur. Suriyanın birinci xanımının xarici görünüşü qərblilərdən seçilmir: dəbli kostyumlar geyinir və saçını qısa kəsdirir.
Mehriban Əliyeva planetin ən parlaq xanımlar siyahısına düşdü - Foto

Əsma Əsəd - Suriya prezidenti Bəşər Əsədin xanımı.
Anxelika Rivera
Aktrisa, meksikan seriallarının ulduzu olan bu xanımın real həyatı da ekranlarda olduğu kimi dəyişir. Anxelika Rivera 2010-cu ildə Mexiko şəhərinin qubernatoru Enrike Penyu Netoya ərə gedir və həyat yoldaşı iki il sonra ölkə prezidenti öostunu tutur. Cütlük birlikdə hər birinin keçmiş nikahdan üçü olmaqla altı uşaq tərbiyə edirlər.
Mehriban Əliyeva planetin ən parlaq xanımlar siyahısına düşdü - Foto

Anxelika Rivera - Meksika prezidenti Enrike Penyu Netanın həyat yoldaşı.

Mənbə: Ans</span