» » Azərbaycanda kişi 740 manat borcunu 1 qəpiklərlə ödədi

Azərbaycanda kişi 740 manat borcunu 1 qəpiklərlə ödədi

Azərbaycanda kişi 740 manat borcunu 1 qəpiklərlə ödədi

Bakının Sabunçu rayon Məhkəməsində prosesi uduzan şəxs maraqlı bir yola əl atıb.
Ucarliyiq.biz-inverdiyi məlumata görə, Fikrət Nəsibov adlı Bakı sakini adı açıqlanmayan digər bir şəxsə məhkəmədə uduzub.
Məhkəmə F.Nəsibovu 740 manat məbləğində cərimələyib. Məhkəməni uduzan şəxs də maraqlı bir addım ataraq 740 manat dəyərindəki borcunu 1 qəpikliklərlə ödəyib. Ödəmə məhkəmənin iştirakı ilə həyata keçirilib.
Bundan əvvəl də Rusiyada oxşar hadisə baş vermişdi. Rusiya vətəndaşı dövlətə olan 13 min rubl (365 dollar) borcunu üç kisə qəpiklə ödəmişdi.
Həmin pulların sayılmasına təqribən 4 saat vaxt sərf edilmişdi. Pullar sayıldıqdan sonra 15 qəpiyin çatmadığı məlum olmuşdu.
Oxşar hadisə 2012-ci ildə "Samsung" şirkəti "Apple" şirkəti arasında qeydə alınmışdı. Məhkəmədə 1 milyard dollar uduzan "Samsung" bu məbləği 5 sentlik qəpiklərlə ödəmişdi. Nəticədə "Apple"nin ofisinə doğru qəpiklə dolu 30 yük maşını göndərilmişdi.
Azərbaycanda kişi 740 manat borcunu 1 qəpiklərlə ödədi

Azərbaycanda kişi 740 manat borcunu 1 qəpiklərlə ödədi

"Samsung"un "Apple"a göndərdiyi 5 sentlər

Mənbə: Ans</span