» » Cinsini dəyişən qızın beyni həkimləri təəccübləndirdi

Cinsini dəyişən qızın beyni həkimləri təəccübləndirdi

Cinsini dəyişən qızın beyni həkimləri təəccübləndirdi

Cinsiyyətini dəyişən qızın beyin rentgeni həkimləri təəccübləndirib.

Ucarliyiq.biz publika.az-a istinadən xəbər verir ki, Vyana alimlərinin araşdırmasına görə, cinsiyyətini dəyişəndən sonra testesteron hormon verilən gənc qızın beyninin quruluşu da dəyişib. O, artıq qadınlar kimi bir neçə işi eyni anda görə bilmir. Bundan başqa, onun beyninin dil və ünsiyyəti təmin edən hissəsində də zəiflik müşahidə edilir.

Alimlərin açıqlamalarında bildiriblər ki, 18 yaşlı transseksual gəncə 4 həftə boyunca testesteron hormonu verilib və onda bu dəyişikliklər baş verib.

"Gəncin beynindəki bu dəyişikliyin gözlənilən idi. Testesteronun təsirindən beyində dəyişikliklər olacağını təxmin edirdik. Aparılan müayinələr isə bu ehtimalları təsdiqləmiş oldu. Nəticə, cinsiyyət hormonu ilə beynin əlaqəsini təsdiqləmiş oldu", - deyə alimlər bildiriblər.