» » Putinin şalvarının qiyməti məlum oldu

Putinin şalvarının qiyməti məlum oldu

Putinin şalvarının qiyməti məlum oldu

Putin və Medvedevin Soçidəki qərargahından idman geyimində paylaşdıqları foto mətbuatda geniş müzakirəyə səbəb olub.

Prezident və baş nazir boz idman kostyumlarında, ağ, qara futbolkalarda görüntüləniblər.

"GQ" jurnalı Putinin idman geyiminin markasını və qiymətini də müəyyənləşdirib. İtalyan markası "Loro Piana"dan olan şalvar ipək və kəşmiri parçadandır. Qiyməti 850 ingilis funtudur. "Mr.Porter" mağazasında onun qiyməti 1415 dollardır. "Loro Piana"dan olan gödəkcəni isə 1795 dollara almaq olar.

Putinin krosovkaları Rusiya istehsalı "Forward" markasına aiddir. Qiyməti daha ucuzdur – 2700 rubl. Medvedev isə 139 dollara "Nike Air Max 90 OG" krosovkası geyib.

Xatırladaq ki, Soçini ziyarət edən Putin və Medvedev trenajorda idman etdikdən sonra kabab bişirməyə getmişdilər. Daha sonra açıq havada səhər yeməyi yeyiblər.

avropa.info