» » Üç bacı eyni gündə övlad dünyaya gətirdilər - Vİdeo

Üç bacı eyni gündə övlad dünyaya gətirdilər - Vİdeo

Üç bacı eyni gündə övlad dünyaya gətirdilər - Vİdeo

İrlandiyada üç bacı eyni gündə - sentyabrın 1-də xəstəxanada uşaqlarını dünyaya gətirib. Dördüncü bacının doğuşu isə bir neçə gün gecikib.

Ucarliyiq.biz xəbər verir ki, bir-birinə yaxın ərazilərdə yaşayan bacılar doğuşları planlı bir şəkildə koordinasiya etmədiklərini söyləyiblər.

Xəstəxanadan körpələrin üçünün də sağlam olduğu vurğulanıb.

Mairead Fitz Patrik səhərə yaxın saat 03.25-də oğlu Toması dünyaya gətirib.

Digər bacı Joeline Godfrey saat 11.00-də Sorcha adlı bir qız uşağı doğub. Saat 20.30-da isə 3-cü bacı Bernie Wardunun Phelim adlı oğlu anadan olub.

Dördüncü bacı Murray körpəsini bacıları ilə eyni gündə doğa bilmədiyi üçün bir az xəyal qırıqlığı yaşayıb.

Ancaq o da çox tezliklə öz uşağının dünyaya gəlməsinə ümid etdiyini deyib.