» » Qaçaq qoyunun yunundan 30 sviter toxundu-VİDEO

Qaçaq qoyunun yunundan 30 sviter toxundu-VİDEO

Qaçaq qoyunun yunundan 30 sviter toxundu-VİDEO

Avstraliyanın paytaxtı Kanberra şəhərinin yaxınlığında Kral Heyvanlarına qarşı Zülmün qarşısının alınması qurumu (RSPCA) tərəfindən yaxalanan, 5 ildir qırxılmayan qoyundan 40 kilo 45 qram yun çıxıb.

Ucarliyiq.biz xəbər verir ki, qoyun qırxılarkən bir dəfəyə ondan 40 kilo yun çıxmasının dünya rekordu olduğu açıqlanıb. "Chris" adı verilən qoyunu 4 nəfərin köməyi ilə qırxan və 35 illik qoyun qırxma təcrübəsinə sahib olan avstraliyalı çempion Elkin indiyə qədər belə bir şeylə rastlaşmadığını bildirib.

45 dəqiqəyə qırxılan qoyundan çıxan yunların uzunluğunun 47 santimetr olduğu bildirilib. Yununun ağırlığı 45 kiloqram olan "Chris" daha əvvəl 28,9 kq-lıq yun ilə dünya rekordu qıran "Big Ben" adlı qoyunu geridə qoyub.