» » Facebook-dan yeni xidmət

Facebook-dan yeni xidmət

Facebook-dan yeni xidmət

ABŞ-ın Kembric Universitetinin tədqiqatçıları tərəfindən yaradılan "Apply Special Sauce" xidməti vasitəsilə istifadəçinin Facebook sosial şəbəkəsində bəyəndiyi məzmun təhlil edilərək onun psixoloji portreti tərtib olunur.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Apply Special Sauce bütün post, şəkil və səhifələrin təhlilindən sonra istifadəçinin yaşı, onun siyasi və cinsi istəkləri, həmçinin intellekt səviyyəsi haqda məlumat verir. Kembric və Stenford universitetlərində çalışan tədqiqatçılar aydınlaşdırıb ki, Apply Special Sauce proqramı insanlarla müqayisədə çox vaxt istifadəçinin daha dəqiq portretini tərtib edir.