» » Badımcanla hazırlanan yemək reseptləri

Badımcanla hazırlanan yemək reseptləri

Badımcanla hazırlanan yemək reseptləri
Yay mövsümünün ən aktual tərəvəzlərindən biri də badımcandır. Tərkibində orqanizm üçün xeyirli maddələr olan badımcandan fərqli yeməklər hazırlamaq mümkündür.

Ucarliyiq.biz ondan hazırlaya biləcəyiniz yemək reseptləri təqdim edir:

Karnıyarıq: 6 ədəd badımcanın sapını kəsmədən qabığını soyub, ortasını kəsib yağda qızardın. Soyuması üçün kənara qoyun. 1 ədəd soğanı, 3-4 dişsarımsağı doğrayıb, az yağda qızardın. 1 xörək qaşığı tomat pastası və istədiyiniz qədər qiymə töküb, qovurun. Duz, qara istiot əlavə edin. Ortası boş badımcanların içərisinə qiymə doldurub, üstünə pomidor dilimi və bibər qoyub, yağ əlavə edib 200 dərəcə isidilmiş sobada bişirin.

Badımcanla hazırlanan yemək reseptləri


Köpoğlu: 1 ədəd badımcanı, 1 ədəd pomidoru, 1 ədəd kabaçoku, 1 ədəd kökü, 1 ədəd acı bibəri doğrayın. 1 stəkan duru yağı tavada qızdırıb, doğranmış tərəvəzləri növbə ilə qızardın. Sonra onları böyük qabın içərisində qarışdırın. 4 diş əzilmiş sarımsağı 1 stəkan qatığın içərisinə əlavə edib, qarışdırın. Qatığı tərəvəzlərin üzərinə əlavə edin. Kənarda 2 xörək qaşığı yağı isidib, içərisinə toz halında olan qırmızı bibər tökün. Qatığın üstünə töküb, süfrəyə verin.

Badımcanla hazırlanan yemək reseptləri