» » Ən qısa adam öldü

Ən qısa adam öldü

Ən qısa adam öldü


Dünyanın ən qısa adamı ünvanını 2012-ci ildən bu yana əlində tutan 54.6 santimetr boyundakı Chandra Bahadur Dangi həyatını itirdi. Nepallı 76 yaşındakı Danginin ölüm səbəbi sətəlcəm olaraq açıqlandı. Yerli mediada yer alan xəbərlərə görə ötən həftə sətəlcəm diaqnozu qoyulan Dangi, Pasifik Okeanındakı Samoa adalarından birində həyata vida etdi. Dünyanın ən qısa adamı, müalicə üçün Amerika Samoasının paytaxtı Pago Pago'daki xəstəxanaya qaldırılmışdı. Ancaq Dangi bütün müdaxilələrə baxmayaraq qurtarıla bilmədi. Bir turist tərəfindən kəşf edilənə qədər Nepalın orta seqmentlərindəki kəndindən başqa bir yer bilməyən və həyatını əkinçiliklə davam etdirən Dangi, 2012-ci ilin fevral ayında qeyd altına alındığı Guinness Rekordlar Kitabının səlahiyyətlilərinə, tək diləyinin dünyanı gəzmək və fərqli mədəniyyətləri tanımaq olduğunu söyləmişdi. Yalnız 12 kiloqram ağırlığındakı Dangi, keçən il noyabr ayında İngiltərənin paytaxtı Londonda təşkil edilən Guinness Dünya Rekordları Günündə 2.51 metr boyuyla dünyanın ən uzun adamı rekorduna sahib olan Türk vətəndaşı Sultan Kosan ilə bir araya gəlmişdi. Guinness səlahiyyətliləri Danginin ölümündən böyük kədər duyduqlarını açıqladı.