» » "Ən böyük arzumdur ki, arvadım yemək bişirə bilməsin..."

"Ən böyük arzumdur ki, arvadım yemək bişirə bilməsin..."

"Ən böyük arzumdur ki, arvadım yemək bişirə bilməsin..."

Müğənni Eldar Qasımov şəxsi həyatından danışıb.

Ucarliyiq.biz-ın məlumatına görə, ifaçı "Onlar" verilişinə açıqlamasında gələcək həyat yoldaşı haqda düşüncələrini bölüşüb:

"İnsan ailə qurmaq üçün doğru insanı seçməlidir. İndi səhnədəyəm, səhnə mənim üçün ömürboyu vacib olacaq. Övladlarım olanda bütün həyatımı onlara həsr edəcəm. Övladımla mahnıları bir sıraya qoya bilmərəm. Hər saniyə övladımın yanında olacam. Ən böyük arzum odur ki, həyat yoldaşım yaxşı xörək bişirməsin. Mən özüm yemək bişirərəm. Dostlarımın çoxu evlənib, xanımları gözəl yemək bişirir. Ona görə də qarınları əmələ gəlib, bu, mənim xoşuma gəlmir".