» » Az maaşla çox pul yığmağın 9 yolu

Az maaşla çox pul yığmağın 9 yolu

Az maaşla çox pul yığmağın 9 yolu

"Business Insider" saytı iqtisadçılarla məsləhətləşərək əmək haqqı az olan insanların da pul yığa bilməsi üçün 9 üsul təklif edib.

Həmin üsulları təqdim edirik:

Az maaşla çox pul yığmağın 9 yolu
1. Tərsinə düşünün. Məsələn, kommunal xərcləri ödəməzdən əvvəl yığacağınız pulu ayırın. Sonra qalan pula xərclərinizi ödəyin.
Az maaşla çox pul yığmağın 9 yolu
2. 5 illik plan qurun. Yəni, növbəti 5 ildə pullarınızı nəyə xərcləyəcəyinizi müəyyənləşdirin. Ev almaq üçün ilkin ödəniş toplamaq, avtomobil almaq, istirahət üçün pul yığmaq və s. bunlar arasında ola bilər.
Az maaşla çox pul yığmağın 9 yolu
3. Özünüzə qadağalar qoyun. İstifadəsi vacib olmayan məhsullara çox pul xərcləməyin.
Az maaşla çox pul yığmağın 9 yolu
4. Dəbdəbəli həyat yaşamağa çalışmayın. Sadə bir həyat da sizi xoşbəxt edə bilər.
Az maaşla çox pul yığmağın 9 yolu
5. Təqaüdə çıxacağınız zamanı düşünüb hesablayın. Hələ kariyeranızın başında olsanız belə, vaxt elə tez keçəcək ki, bir də görəcəksiniz ki, yaşlanmısınız.
Az maaşla çox pul yığmağın 9 yolu
6. Büdcənizin hesabını tutun. Nəyə nə qədər xərclədiyinizi mütləq ora qeyd edin.
Az maaşla çox pul yığmağın 9 yolu
7. Kredit borclarınız varsa, bunları ödəmək öncəliyiniz olmalıdır.
Az maaşla çox pul yığmağın 9 yolu
8. Gəlirlərinizi artırın. Bunun üçün iqtisadçılar iki yol təklif edir: xərcləri azaltmaq, ya da daha çox pul yığmaq. Əgər əmək haqqınızın miqdarı pul yığmağa kifayət etmirsə, əlavə iş haqqında düşünməlisiniz.
Az maaşla çox pul yığmağın 9 yolu
9. Mütəxəssislərə müraciət edin. Əgər pulunuzu necə xərcləyəcəyinizi bilmirsinizsə, işi bilənindən öyrənmək ən yaxşısıdır.

Aysel Həsənova