» » Apple iPhone 7-də 4K ekran yerləşdirə bilər

Apple iPhone 7-də 4K ekran yerləşdirə bilər

Apple iPhone 7-də 4K ekran yerləşdirə bilər

"Apple"a ekran tədarük edən şirkətdə çalışan bir şəxs iPhone 7’ə 4K xüsusiyyətinin gətirilməsi üçün ekranda bir dəyişiklik edilə biləcəyini açıqlayıb.

Ucarliyiq.biz Technews-a istinadən bildirir ki, iPhone 5-dən bəri fərqli ekran texnologiyalarını bir araya gətirərək "touch" funksiyalarının bir arada həyata keçirilməsini təmin edən ekrandan faydalanan Apple bunun sayəsində ekranlarını daha incə hala gətirə bilirdi. Bazardakı üst səviyyə telefonlar içərisində 6.9 mm ilə ən incə telefonlardan olan iPhone 6’nın belə incə olmasının ən böyük səbəblərindən biri də bu idi. Lakin Apple-a ekran təmin edən tədarükçülərdən olan Yapon Asahi Glass’da işləyən bir şəxs şirkətin gələn il bazara çıxaracağı iPhone-da fərqli bir texnologiyaya keçiləcəyi ilə bağlı şərhlər söylədi.

Apple’ın belə bir yenilik etməsinə səbəb isə 4K ekran xüsusiyyətlərinin iPhone 5’dəki ekran texnologiyası ilə birlikdə istifadə edilməsinin çətinliyidir. Bundan başqa, bu ekranın kənarlarındakı həssaslığın çox az olduğu da bilinir. 4K ekran xüsusiyyətinə keçid iPhone 7-nin digər modellərə görə daha qalın olacağı istiqamətində bir fikir meydana gətirə bilər, lakin Apple indidən ultra incə ekran istehsalı üçün işlərə başlayıb. Yəni yeni iPhone həm 4K ekran xüsusiyyətinə, həm də köhnəsi kimi incə bir konstruksiyaya sahib olacaq.

Qeyd edək ki, Apple’ın belə bir cəhd etməsi əslində heçdə məntiqsiz gəlmir. Xüsusilə önümüzdəki həftə içi təqdim ediləcək olan yeni iPhone’lar üçün aylardır deyilən köklü dəyişikliklərin baş verdiyini görsək, şirkətin yenilənmə həvəsinin müvəqqəti olmadığını və bunu irəliyə daşımaq istədiyi qənaətinə gəlmək olar.

  1. Mailks Usman 13 dekabr 2015 20:15


    XMAS PROMO Offer buy 2 get 1 free.Brand new Apple iPhone 6S ,6S Plus , 6 , 6plus comes with full complete accessories with 1year international warranty 6month return policy.

    Condition : Brand New,Original,Unlocked, International Warranty.

    Xmas Promo Buy 2 Get 1 Free with company T.Shirt .

    Apple 1Yr Warranty.
    Samsung 1Yrs Warranty.
    HTC 1Yr Warranty.
    Sony Xperia 1Yr Warranty.
    Nokia 1Yr Warranty.
    Blackberry 1Yr Warranty.

    Whatsapp = Viber me : +2348168110472

    Skype :Tuyen.chung2

    castellanoltd@gmail.com