» » 60 illik hamilə qadın - Foto

60 illik hamilə qadın - Foto

60 illik hamilə qadın - Foto
Çilidə 92 yaşlı qadın 60 il boyu öz körpəsini bətnində daşıyıb. Ucarliyiq.biz xəbər verir ki, Estela Mendelez adlı qadının həyat yoldaşı keçən il yanvar ayında vəfat edib. Onların 74 illik ailə həyatı boyu isə heç vaxt övladları olmayıb. Ən azından onlar elə biliblər.
Estela Mendelez həyat yoldaşı vəfat edəndən sonra qarın ağrısı və qarnında şişlik səbəbindən həkimə müraciət etməli olub. Həkimlər ilkin olaraq qadının mədəsində şiş olmasından şübhələniblər. Lakin rentgen müayinəsindən sonra onlar qadının bətnində döl olduğunu görüblər.

Estela Mendelez
Məlum olub ki, Estela Mendelez 60 il əvvəl hamilə qalıb, amma bunun fərqinə varmayıb. Daha sonra körpə tələf olsa da, qadın bilmədən 60 il boyu həmin dölü bətnində gəzdirib.
Qarnındakı şişliyin nədən olduğunu öyrənəndən sonra Estela Mendelez uşağın oradan götürülməsini istəyib. Amma həkimlər bu yaşda ümumi anesteziyanın tətbiq edilməsini uşağın orada qalmasından daha təhlükəli hesab etdikləri üçün yaşlı qadınla razılaşmayıblar.