» » Kraliçanın 63 il əvvəlki stili fotolarda

Kraliçanın 63 il əvvəlki stili fotolarda

Bir gün sonra Böyük Britaniya kraliçası II Yelizavettanın taxta çıxmasının 63 il 7 ayı tamam olacaq.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, Qərb mediası həmin vaxtdan bu günədək kraliçanın dəyişən stili və imici ilə bağlı yazı hazırlayıb.

Bildirilir ki, II Yelizavetta kraliçalıq etdiyi müddətdə bir dəfə də olsun açıq-saçıq, mini, cins materialdan hazırlanmış libaslar, kürk, həddindən artıq hündürdaban ayaqqabı geyinməyib və hər zaman sadə makiyaj edib. Lakin kraliça hər zamankı kimi aksesuarlarına xüsusi diqqət ayırıb.

II Yelizavetta həmişə midi ətəklər geyinməyə üstünlük verib. Palto və ya plaşının uzunluğu da ətəyi ilə eyni boyda olub.

Kraliçanın 1994-cü ildən etibarən şəxsi dizayneri olan Anjela Kelli dünyanın məşhur eleqant xanımlarının qarderobu ilə bağlı kitabında qeyd edib ki, II Yelizavetta paltarlarının rəng seçimində havanı, işığı və ətrafdakı yaşıllığın tonunu, fotoqrafların onu hansı rakursdan çəkəcəklərini belə nəzərə alarmış. O, əsasən qızılı, yaşıl, ağ geyimlərə üstünlük verib.

Əgər kraliça uşaqlarla səyahətə yollanırdısa, onun kostyumundakı detallara – lələklərə, lentlərə, parlaq rənglərə xüsusi diqqət yetirilirdi. Əgər uzun yola çıxırdısa, o zaman geyiminin enli və rahat olmasına önəm verirdi. O, şlyapalarının seçimində isə hər zaman ən parlaq rənglərə üstünlük verib ki, hətta ən zəif görən insanlar belə, onun gəldiyini müşahidə etsinlər.

II Yelizavettanın 1947-ci ildəki gəlinlik libasını onun 40-50-ci illərdə dizayneri olmuş Norman Hartnell tikib.

Kraliça 60-70-ci illərdə isə dizayner Hardi Emis və Yan Tomasla işləyib.

80-ci illərdə isə onun dizayneri Morin Rouz olub.

2000-ci ildən etibarən kraliça gənc dizayner Stüart Parvinlə işləyir.

Mənbə: </span