» » Üzərindən gəmi keçən model komadan ayıldı

Üzərindən gəmi keçən model komadan ayıldı

Üzərindən gəmi keçən model komadan ayıldı
“Victoria's Secret”in 33 yaşlı modeli İfke Şturmun dənizdə serfinq edərkən üzərindən gəmi keçməsi ilə bağlı xəbər vermişdik.

Ucarliyiq.biz - in xarici mətbuata istinadən məlumatına görə, İtaliyada adaların birində baş vermiş hadisə nəticəsində tanınmış model başından travma almış və xəstəxanaya aparılmışdı. Komaya düşən İfkenin səhhəti ilə bağlı həkimlər sevindirici xəbəri açıqlayıblar. Şturmun bu gün komadan çıxdığı bildirilib.

Qeyd edək ki, İfke Şturm britaniyalı oliqarx Cayzel Makkeyin sevgilisidir. Modelin başına gələnlər haqqında ilk dəfə oliqarxın əvvəllər vətəndaş nikahında olduğu sevgilisi, rusiyalı model Kristina Sısoyeva sosial şəbəkədə foto yerləşdirərək məlumat vermişdi. O, şəklə “Tale əclafdır” şərhini yazmışdı.