» » 50 dollara planşet

50 dollara planşet

50 dollara planşet

"Amazon" şirkəti altı düym ekranlı və cəmi 50 ABŞ dolları dəyərində olan yeni planşet buraxmağı planlaşdırır.

"The Wall Street Journal"-ın məlumatına əsasən, cihaz artıq Yeni İl bayramlarında satışa çıcarılacaq. "Amazon" planşetin ucuz olması üçün onu Çinin "Shanghai Huaqin Telecom Technology" və Tayvanın "Compal Communications" şirkətlərində istehsal etdirəcək. Hazırda ən ucuz planşet altı düymlü "Amazon Fire HD 6"dır. Onun skrinseyverlərdə reklam olan versiyası 99 dollara, reklamsız versiyası isə 114 dollara satılır. Bundan başqa, "Amazon" WalMartla birlikdə ABŞ-da çox da məşhur olmayan "RCA", "Ematic" və "Ares" brendləri altında yeddi düymlü və 50 dollar dəyərində olan planşetlərini satır. Amma bu cihazlar əhalinin tələblərinə o qədər də cavab vermir. İlin sonunadək "Amazon" əlavə olaraq 8 və 10 düym diaqonallı planşetlər də buraxmaq niyyətindədir.//fins.az

50 dollara planşet